kanal1

Restoranda qiymət yenilənir, amma menyu köhnədir - Müştəri nə etməlidir?

Tarix:25-11-2025, 16:00
Baxış Sayı:15 459

Restoranda qiymət yenilənir, amma menyu köhnədir - Müştəri nə etməlidir?


Bəzən bəzi ictimai iaşə və satış məntəqələrində faktiki qiymətlərlə təqdim olunan menyu və ya elanlardakı qiymətlər arasında fərqlər müşahidə olunur. Müştəri bir qiymət görür, amma kassada başqa məbləğ tələb olunur və buna səbəb kimi “yenilənmiş qiymət” göstərilir. Məsələn, menyu və ya vitrində qiymət 5 manat göstərildiyi halda kassada 6 manat çıxır.

Müştəri irad bildirəndə isə deyilir ki, yeni qiymətimiz budur, məhsulu ancaq bu qiymətlə təqdim edə bilərik. Bu hallar müştərini çaşdırır, narazılığa səbəb olur. Bu kimi situasiyalarda müştəri nə etməlidir? Müştəri menyuda gördüyü qiymətə əsasən ödəniş tələb edə bilərmi?  Restoran, kafe və digər satış obyektləri müştəriyə təqdim etdikləri menyu, lövhə, sosial şəbəkə paylaşımı və ya digər elanlarda göstərilən qiyməti sonradan kassada dəyişdirmək hüququna malikdirmi?

marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirdi ki, marketinq baxımından qiymət şəffaflığı brendlərin ən vacib etibar elementlərindəndir: “Ümumiyətlə, iaşə obyektlərində menyudakı qiymətlərlə kassadakı məbləğ arasında uyğunsuzluqların müşahidə olunması isə həm müştəri məmnuniyyətinə, həm də markanın imicinə birbaşa zərər vurur".

Onun sözlərinə görə, qanunvericilik bu məsələni açıq şəkildə müəyyənləşdirir: “Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanununun 3-cü maddəsinə əsasən, istehlakçı aldığı xidmət və məhsul barədə dolğun və düzgün məlumat almaq hüququna malikdir. Buna qiymət də daxildir - yəni menyuda göstərilən rəqəm satıcının rəsmi təklifidir”.

S.Mehdiyev deyir ki, şirkətlər qiymət dəyişiklikləri edə bilər, lakin bu dəyişikliklər müştəriyə dəqiq, vaxtında və hər platformada eyni şəkildə təqdim olunmalıdır: “Əks halda, müəssisə həm hüquqi məsuliyyətlə, həm də itirilmiş etibar və mənfi reputasiya ilə üzləşə bilər. Bu gün bazar rəqabəti yalnız məhsula görə deyil, şəffaflıq və dürüstlüyə görə gedir. Qiymət dəqiqliyi isə bu etibar zəncirinin ən görünən halqasıdır”.

S.Mehdiyev deyir ki, menyuda fərqli qiymət yazılıb, müştəridən kassada özlərinin dediyi fərqli qiyməti tələb edirlərsə, müştəri gördüyü qiymətlə ödəniş edə bilər: “Əgər israrçılıq halları olarsa, müştəri əlindəki sübutlarla lazımi qurumlara şikayətini bildirə bilər". 

Marketoloq son olaraq qeyd etdi ki, son zamanlar iaşə obyektlərində menyudakı qiymətlərdən əlavə "Servis haqqı" əlavə edilir və bu bir çox hallarda sonradan bildirilir: “Bu da istehlakçı hüququnun pozulmasıdır. Bütün məlumatlar öncədən və dəqiq formada təqdim edilməlidir”. 

Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Azərbaycan əhalisinin sayı artıb
Azərbaycan əhalisinin sayı artıb
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR