kanal1

ETSN-nin 9 saylı RETSİ-də HƏBSLƏR OLACAQ - Şahmurovun adından sərəncamlar verən əməkdaşlarınln "RÜŞVƏT BİZNESİ"

Tarix:24-11-2025, 16:53
Baxış Sayı:4 116



ETSN-nin 9 saylı Regional EkologiyaTəbii Sərvətlər idarəsində həbslər gözlənilir.

Bu barədə Paytaxt.org -a idarədən olan etibarlı mənbəmiz bildirilib.

Məlumatda 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi və əməkdaşları, Ağdam tikinti mafiyası ilə əlbir olub  külli- miqdarda rüşvət və mənimsəmə həyata keçirməkdədirlər. 

İddia edilir ki, 9 saylı Ekologiya İdarəsinin rəis müavini Oqtay Şahmurovun qeyri rəsmi icazəsi ilə Füzulidə və digər işğaldan azad edilmiş ərazilərdə eləcə də 9 saylı Regional Ekologiya idarəsinin ərazisini əhatə edən rayon ərazilərində rüşvət qarşılığında tikinti aparılması üçün yerin təki ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan qurumun adından külli- miqdarda rüşvət qarşılığında dəfələrlə anlaşmalar həyata keçirilib
 Məbənin iddiasında 9 saylı Ekologiya İdarəsini rəisi Oqtay Şahmurovu, Əlzamin Şahbazov, qardaşına 80 min manatlıq bahalı avtomobil alan inispektor Niyaməddin Hümbətov  öz çirkin əməllərinə alət edərək, rəisin yerinə qərarlar və sərəncamlar həyata keçirdikləri bildirirlir.
Onuda qeyd edək ki, yuxarıda adı çəkilən şəxslərin bir neçəsinin barəsində baş prokurorluğun korrupsiya idarəsində haqlarında açılan cinayət işini Oqtay Şahmurov mediadan gizlətməyə çalışsa da, əslində həqiqət odur ki, Şahmurovun rəhbəri olduğu idarənin vəzifəliləri Əlzamin Şahbazov və Niyaməddin Hümbətov barələrində korrupsiya əməllərinə görə cinayət işi başlanmış və hələ də qovluqda nədənsə  bağlı olaraq qalmaqdadır. Biz baş prokurorluqda bu şəxslər barəsində başlanmış cinayyət işinin yenidən aparılması və başsız qalan  ETSN tərəfindən 9 saylı Regional Ekologiya idarəsinin rəhbərliyinə həvalə edilmiş Oqtay Şahmurovun da həmin cinayyət işinə nə dərəcədə dəxli olub, olmaması ilə bağlı sorğularımızı və müraciətlərimizi göndərəcəyik.
Əlavə olaraq onuda vurğulayaq ki, vaxtı ilə korrupsiya və saxta sənət hazırladığı üçün həbs edilən Ağcabədi Pedoqoji kollecinin keçmiş direktoru(hələki bəraət almayıb) hal- hazırda həmin kollecdə müəllim işləyən Sahib Hüseynovla əlbir olan Şahmurov  Ağcabədi regional meşə təssərrüfatı müdirinə qarşı qara -piar kompaniyasına da start verməsi daxil olan məlumatlarda iddia olunur.
Bildirək ki, əməkdaşlarımız mövzu ilə bağlı araşdırmalar aparır yaxın günlərdə oxuculara və hüquq-mühafizə orqanlarına, 9 saylı Regional Ekologiya idarəsinin vəzifəlilərinin, Cəbrayıl, Zəngilan, Şuşa şəhərində tender icraçılarının başlarına dolayı yollarla açdıqları oyunlar və törətdiyi qanunsuzluqlarla bağlı məlumatları təqdim etməyə çalışacağıq. Bizi izləyin!
Adları çəkiln şəxslər barələrində səslənən iddialarla bağlı açıqlama vermələrini gözləyirik!
Günay Cəfərli

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi