kanal1

Ramiz Mehdiyevin qızının da vəzifədən çıxarıldığı deyilir - O kimdir?

Tarix:8-12-2025, 12:35
Baxış Sayı:11 392

Ramiz Mehdiyevin qızının da vəzifədən çıxarıldığı deyilir - O kimdir?


Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb.  Modern.az-a daxil olan məlumatda bildirilir ki, Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur.

Məlumatın dəqiqləşdirməsi üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlanılsa da, suala cavab verilməyib.

Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirən K.Əliyeva ixtisasca bioloq olsa da, psixologiya elmləri üzrə namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.

Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva 2010-cu ildə Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “ilin müəllimi” adına layiq görülüb, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla, 2012-ci ildə Bakı Dövlət Universitetinin Fəxri Fərmanı ilə təltif olunub.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev dekabrın 1-də fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. 

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi