kanal1

“Növbəti illərdə suya tələbin ödənilməsi daha da çətinləşəcək”

Tarix:13-01-2026, 15:30
Baxış Sayı:7 784

“Növbəti illərdə suya tələbin ödənilməsi daha da çətinləşəcək”


"Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev bu sahədə ölkəmizdə həyata keçirilən layihələr ilə yanaşı, qlobal məsələlərə də münasibət bildirdi. Xüsusən qlobal iqlim dəyişiklikləri fonunda dünyada su təminatı xüsusi çağrışa çevrilməkdədir".


Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Millət vəkili qeyd edib ki, Yer kürəsinin səthinin 71 faizinin su ilə örtülməsinə baxmayaraq, onun cəmi 2.5 faizi içməli sudur. Bütün su ehtiyatlarının isə cəmi 0.3 faizinə insanların asan əçatanlığı var:


"BMT-nin qiymətləndirmələrinə görə, hazırda 2.2 milyard insanın fasiləsiz su təminatı ilə bağlı çətinlikləri var və 703 milyon sakinin isə suya əlçatanlığında ciddi problemlər yaşanır. Dünyada hər gün 5 yaşdan kiçik 1000-dən çox uşaq təmiz su, sanitariya və gigiyena çatışmazlığı ilə əlaqəli xəstəliklərdən ölür. Qida sənayesində su istifadəsinin artması səbəbindən suya olan tələbin 2030-cu ilədək qlobal olaraq 40 faiz artacağı gözlənilir. Bu isə ondan xəbər ki, növbəti illərdə suya tələbin ödənilməsində qlobal çətinliklər daha da güclənəcək.


Su təminatında qlobal çətinliklər fonunda Azərbaycanda əhalinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, hazırda problemlərdən biri də itkilərlə bağlıdır. Ölkəmizdə itki faizi 45 faizə yaxındır.


Dünyada ən azı su itkisi inkişaf etmiş ölkələrdə qeydə alınır. Belə ki, ən az su itkisi Niderlandadır: cəmi 4 faiz. Bu göstərici Danimarkada 6, Yaponiyada 7, Avstraliya və Almaniyada 8, İsrail də isə 9 faizdir. Ən çox su itkiləri isə Hindistan, Əlcəzair və Meksikada qeyd alınır: 50 faiz.


Göründüyü kimi, itkilərin səviyyəsinin azaldılması nəticəsində Azərbaycanda su təminatının ciddi şəkildə yaxşılaşdırılması mümkündür. Müşavirədə qeyd olunduğu kimi, dövlət proqramının icrası nəticəsində su itki faizinin azalacağı gözlənilir. Bu isə su təminatında ciddi irəlləyişə səbəb olacaq".

Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var