kanal1

Nərimanovda ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

Tarix:16-01-2026, 09:57
Baxış Sayı:1 877


Nərimanovda ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi



Nərimanov rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Atvxeber.az” xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Millət vəkilləri Hikmət Babaoğlu, Samir Vəliyev, Rasim Musabəyov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov Ağsaqqallar şurasının sədri Arif Hümbətov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Tədbirdə Nərimanov rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair videoçarx nümayiş olunub.

Nərimanov RİH başçısı Elgin Həbibullayev tədbirdə geniş məruzə ilə çıxış edərək, 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritetlər barədə məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olub. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilib, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Bu inkişaf Nərimanov rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, şəhərsalma və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaradıb.

İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, millət vəkilləri Hikmət Babaoğlu, Rasim Musabəyov, Samir Vəliyev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və Vətən Müharibəsi qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov Ağsaqqallar şurasının sədri Arif Hümbətov çıxış edib.

Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.

Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 







DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi