kanal1

Azərbaycanda ayların adları dəyişdirilir? - “Çıxçömbəl, oğlaqqıran, vaynənə…”

Tarix:21-01-2026, 09:11
Baxış Sayı:750

Azərbaycanda ayların adları dəyişdirilir? - “Çıxçömbəl, oğlaqqıran, vaynənə…”


Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin olunması istiqamətində ardıcıl addımlar atır və müxtəlif tədbirlər həyata keçirir. Bu fonda ayların adlarının dəyişdirilməsi yenidən müzakirə obyekti olub. Belə ki, tarixi məlumatlara görə, Azərbaycanda ayların adları əvvəllər fərqli olub. Məsələn, yanvar “ocaq”, fevral “çillə”, mart “bozay”, aprel “çiçək”, may “elat”, iyun “qızmar”, iyul “bürkü”, avqust “qorabişirən”, sentyabr “yığım”, oktyabr “əkin”, noyabr “güzdək”, dekabr isə “aralıq” adlandırılıb.


Ay adlarını yenidən dilimizə uyğunlaşdırmaq mümkündürmü?


Bu barədə Globalinfo.az-a tarixçi alim Zaur Əliyev danışıb. O deyib ki, uzun illər əvvəl ayların adı iqlimlə əlaqələndirilib:


“Məsələn, fevral – boz ay, mart – çıxçömbəl, oğlaqqıran ay, aprel – leysan, may – ağlargülər, iyun – vaynənə, iyul – qorabişirən, avqust – quyruq donan (bəzi yerlərdə quyruq doğan), elqovan, sentyabr – solyan, oktyabr – elköçdü, noyabr – qırovdüşən və sair adlandırılıb. Qədim dövrlərdə Azərbaycan türkləri ayları təbiətdə baş verən bioloji və iqlim dəyişikliklərinə (fenologiyaya) uyğun adlandırırdılar. İslamdan əvvəlki və erkən orta əsrlərdə Azərbaycanın yerli türk tayfaları təbiət hadisələrinə və təsərrüfat dövrlərinə əsaslanan adlardan istifadə edirdilər”.


Tarixçi bildirib ki, təqvimdəki ayrı-ayrı kəsim adları həmin dövrlərin ən xarakterik xüsusiyyətini poetik şəkildə əks etdirir:


“Məsələn, xalq təqvimində yayın ən isti ayı hesab olunan avqust — “qora bişirən” adlandırılıb, çünki bu zaman üzüm gilələrindəki qoralar (yəni kal üzüm) yetişməyə başlayır və bu, həmin dövrün əsas fərqləndirici əlamətidir. Göründüyü kimi, oğlaqqıran, leysan, ağlar‑gülər, vay nənə, qorabişirən və sair adlar xalq təqvimində ilin müxtəlif dövrlərinin ən əlamətdar xüsusiyyətlərini birbaşa göstərən poetik metaforlar kimi təqdim olunur. Lakin unutmayaq ki, hər bir türk tayfasının özünəməxsus təqvim sıralaması olub. Bundan başqa, islam dininin qəbulu da sıralamaya təsir edib”.


Alim qeyd edib ki, XI əsrdən başlayaraq dövlət səviyyəsində Məlik Şah tərəfindən qəbul edilmiş təqvimimiz olub:


“Məlik Şah təqvimi XIX əsrə qədər az dəyişiklik istifadə edilib. “Ocaq”, “nisan” adları əslində Türkiyə türklərinin adlandırılmasıdır. 1920-ci illərin əvvəllərində görkəmli ədib Cəfər Cabbarlı ayların adlarını milliləşdirmək üçün yeni siyahı təklif etmişdi. “Ocak, Söven, Güran” kimi milli adlar təklif etsə də, sovet rejiminin standartlaşdırma siyasəti nəticəsində bu adlar rəsmi qəbul edilmədi. Lakin Azərbaycan 1918-ci ildə Qriqorian təqviminə keçdi və SSRİ-nin tərkibində olarkən bu sistemə tam uyğunlaşdı. Ayların adlarının dəyişdirilməsinə gəldikdə, bu məsələdə vətəndaş cəmiyyətinin qərar verməsi düzgündür. Qeyd edim ki, bununla bağlı Türkmənistan variantı da var. Onlar da müəyyən adları dəyişiblər. Türkiyədə bəzi adlar beynəlxalq formada saxlanıb, bəziləri isə milli sözlərlə əvəzlənib. Hesab edirəm ki, artıq XXI əsrdir, dünyanın böyük hissəsi bunu qəbul edib. Hər şeyi milli etmək olar, lakin beynəlxalq standrtları da düşünmək lazımdır”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi