kanal1

Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür

Tarix:19-05-2026, 10:16
Baxış Sayı:649

Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür


Bu gün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə kapitanı İqor İvanoviç Kşnyakinin anadan olmasından 64 il ötür.


O, 1962-ci ildə Bakı şəhərində doğulub.


Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya fakültəsini bitirib.


1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin "An-2" təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.


1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin "An-2" təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin "Yak-40" hava gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə "Yak-40" hava gəmisinin komandiri, 1997-ci ildə "Azərbaycan Hava Yolları"nın (AZAL) "Yak-40" təyyarəsinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə "Tu-134" hava gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə "An-140" təyyarəsinin kapitanı, 2008-ci ildən etibarən "ATR-42/72" hava gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.


2013-cü il iyunun 3-dən başlayaraq "Embraer-170/190" təyyarəsi üzrə yenidən təlim kursunu bitirdikdən sonra təcrübəçi pilot vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində "Embraer-170/190" təyyarəsinin kapitanı vəzifəsini daşımağa başlayıb.


2020-ci ildə Bakıdan Moskvaya uçarkən Kşnyakinin komandiri olduğu təyyarədəki sərnişinlərdən birinin halı pisləşib. Kşnyakin təcili eniş edib və sərnişinin həyatı xilas olunub.


Onun 15 139 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11 180 saatı kapitan kimi fəaliyyətinə aiddir. Bu göstəricinin 7 009 saatdan çoxu "Embraer 190" təyyarəsində olub.


O, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin kapitanı olub. Təyyarə Rusiya hava məkanında vurulub və eniş etmək üçün yön aldığı Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Onlardan 29 nəfər sağ qalıb. İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həlak olublar. O və komandası tarixə qəhrəman kimi düşüblər.


Kşnyakin 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.


Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə İqor İvanoviç Kşnyakin ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb, "Qızıl Ulduz" medalı ilə təltif olunub.


Bir oğlu və üç qız övladı var.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi