kanal1

Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir

Tarix:Bu gün, 12:30
Baxış Sayı:227

Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir


Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər müəyyənləşir.


Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.


Layihədə qeyd olunub ki, sözügedən nəqliyyat vasitəsi digər qanunverici aktlarda müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə, o cümlədən dövlət qeydiyyatına alındıqdan sonra yol hərəkətində iştiraka buraxılacaq.


Bildirilir ki, avtonom nəqliyyat vasitəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda hərəkət edə biləcək.

Həmçinin layihədə vurğulanır ki, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemləri həmin sistemlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan idarəetməyə nəzarət mərkəzi ilə inteqrasiya edilməlidir.


İdarəetməyə nəzarət mərkəzinin vəzifələri isə aşağıdakılardır:

- avtonom nəqliyyat vasitələrinin hərəkətinin monitorinqinin və təhlilinin aparılması (fərdi məlumatların mühafizəsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, o cümlədən anonimliyin və konfidensiallığın təmini şərtilə);

- avtonom nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar formalaşan məlumatların saxlanılmasının təmin edilməsi;

- aşağıdakı hallarda avtonom nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması ilə bağlı tədbirlərin görülməsi:

- avtonom nəqliyyat vasitəsində və ya onun avtomatlaşdırılmış idarəetmə sistemində nasazlıq müəyyən edildikdə;

- avtonom nəqliyyat vasitəsinin bu Qanunun 46-3-cü maddəsinin II hissəsində müəyyən edilmiş ərazi və ya avtomobil yolundan kənara çıxması halları müəyyən edildikdə;

- yol hərəkəti şəraitinin avtonom nəqliyyat vasitəsinin istismarına təhlükə yaratdıqda.


Bundan əlavə olaraq avtonom nəqliyyat vasitələrini digər nəqliyyat vasitələrindən fərlqəndirmək məqsədi ilə "Yol hərəkəti haqqında" Qanuna məlumatverici-göstərici nişanlarla bağlı dəyişiklik təklif olunur.


Mövcud qanunvericiliyə görə, məlumatverici nişanlar düzbucaq formasında olur, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları deməkdir.

Layihədə isə təklif olunur ki, göy fon avtomagistral və bütün avtomobil yollarını ifadə etsin.

Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Sabah 32 dərəcə isti olacaq
Sabah 32 dərəcə isti olacaq
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
1008 nəfər boşandığı adamla yenidən evləndi
1008 nəfər boşandığı adamla yenidən evləndi
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir