kanal1

Yumurtanın yeni qiyməti MƏLUM OLDU

Tarix:Bu gün, 10:50
Baxış Sayı:45

Yumurtanın yeni qiyməti MƏLUM OLDU


Azərbaycanda yumurtanın yeni qiyməti məlum olub.


Hazırda paytaxtın market şəbəkələrində və satış nöqtələrində bu məhsulun bir ədədi 17-19 qəpiyə satılır.


Bu isə yumurtanın kəskin ucuzlaşmasından əvvəl olan qiymətdən (15-17 qəpik) iki qəpik bahadır.


Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Ölkə.az-a açıqlamasında deyib ki, yumurtanın qiymətinin bir qəpiyə düşməsi mövsümi amillər, istehsalın artması, ixracatın azalması, məktəblərin bağlanması ilə bağlı idi: “Ən əsası isə bu, reklam kampaniyası xarakteri daşıyırdı. Məqsəd ölkə əhalisi arasında yumurta istehlakının artırılmasına nail olmaq idi”.


Onun sözlərinə görə, məsələn, hazırda Azərbaycanda illik yumurta istehlakı 200-220 ədəd civarındadırsa, Meksikada bu göstərici 400-dən, Yaponiyada da yenə 400-dən yuxarıdır. Digər dövlətlərdə isə daha çoxdur:


“Ona görə də həmin hədəflərə çatmaq üçün qiymətin aşağı salınmasını əsas vasitələrdən biri kimi seçdik ki, yumurta təkcə səhər yeməyində deyil, digər qida növlərində də daha geniş istifadə olunsun.


İkincisi, bu, bir günlük kampaniya xarakteri daşıyan proqram idi. Hazırda yumurtanın pərakəndə satış qiyməti 16-17 qəpikdir. Topdansatış qiyməti isə təxminən 14 qəpikdir”.


Qeyd edək ki, iyunun 19-da ölkədə yumurtanın qiyməti 1 qəpiyə düşmüşdü. Hətta bəzi marketlərdə pulsuz verilirdi.

Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı - FOTO
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı - FOTO
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
Sabah icra məmurları Bilgəhə gedir - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını geri qaytarmalıdır
Sabah icra məmurları Bilgəhə gedir - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını geri qaytarmalıdır
Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
Azərbaycan Prezidenti: “Var qüvvəmizi əsirgəməyəcəyik”
Azərbaycan Prezidenti: “Var qüvvəmizi əsirgəməyəcəyik”
Yumurtanın yeni qiyməti MƏLUM OLDU
Yumurtanın yeni qiyməti MƏLUM OLDU