kanal1

Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun

Tarix:Bu gün, 15:30
Baxış Sayı:111

Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun


Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.


layihəyə əsasən, dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.


Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.


Layihəyə görə, dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmçinin "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.


Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.


Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.


Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

ABŞ-İran müharibəsi Cənubi Qafqazı dəyişir: Azərbaycanın hərbi gücü niyə daha da artırılmalıdır?
ABŞ-İran müharibəsi Cənubi Qafqazı dəyişir: Azərbaycanın hərbi gücü niyə daha da artırılmalıdır?
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
Vətəndaşlara qorxu yaşayan dəstə tutuldu - ŞOK ƏMƏLİYYAT
Vətəndaşlara qorxu yaşayan dəstə tutuldu - ŞOK ƏMƏLİYYAT
Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir
Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir
PUA-larla bağlı qanun dəyişir
PUA-larla bağlı qanun dəyişir
Bu məhsullar gömrük rüsumundan azad edilir
Bu məhsullar gömrük rüsumundan azad edilir
Qumara görə cəzalar sərtləşdirilir
Qumara görə cəzalar sərtləşdirilir