kanal1

Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK

Tarix:Bu gün, 11:28
Baxış Sayı:149

Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK


Dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.


Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.


Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmçinin "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.


Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.


Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.


Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
Prezidentin maşınında selfi çəkdi - Foto
Prezidentin maşınında selfi çəkdi - Foto
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
IV Şuşa Qlobal Media Forumu başa çatıb
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO