kanal1

Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix

Tarix:23-04-2022, 14:12
Baxış Sayı:235 227



ISESCO-nun 2022-ci ili Şuşanın İslam mədəniyyətinin paytaxtı,TÜRKSOY-un isə 2023-cü ilin Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsləri Türk-İslam dünyası¬nın Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir göstəricisidir.
      Türk xalqlarını birləşdirən ortaq mədəni irs və ortaq tarixdir. Humanitar sahə dövlətlər arası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü digər türk dövlətləri kimi Qırğızıstan da dəstəkləmişdir. 
Ortaq tarix, mədəniyyət, müştərək dəyərlərin birləşdirdiyi türk xalqları əsrlər boyu bir-birilə sıx əlaqədə olmuş, bir yerdə yaşamış, sevincini, kədərini bölüşmüşdür.Zaman-zaman bu xalqların başı üzərində qara yellər əssədə bu birliyi pozmağa gücü çatmamışdı. 
“XXI əsr türk dünyasının əsri olmalıdır!”- fikrinin reallığa çevrilməsi üçün bütün müsbət meyilləri gücləndirmək, birgə fəaliyyət göstərməkdir. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin aşağıdakı bəndində oxuyuruq:
“Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər”. Elə bu bəndin mahiyyətində də yuxarıda söylədiyimiz fikirlər dayanır.
        Digər türk dövlətləri kimi Azərbaycan və Qırğızıstan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə çatıb. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində  on sənəd imzalanıb.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin 
tarix müəllimi Nəzakət Əzizzadə

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi