kanal1

Azərbaycan öz sözünü dedi

Tarix:27-04-2022, 09:33
Baxış Sayı:127 574



Dünya Azərbaycanlılarının V Qurultayının digər qurultaylardan bir neçə fərqli cəhəti var. Artıq 30 il ərzində işğal altında olan ərazilərimiz azad edildi və həmin ərazilərdə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Qurultayı təşkil edilib. Yəni bundan əvvəlki qurultayların bu qurultaydan fərqi ondan ibarət idi ki, həmin qurultaylar Bakıda keçirilirdi və torpaqlarımız işğaldan azad edilməmişdi. Amma indiki qurultay dünya azərbaycanlılarının məhz işğaldan azad edilmiş Şuşa şəhərində, eyni zamanda Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində təşkil olunub. Bu əslində həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə bir mesajdır. Mesaj ondan ibarətdir ki, 30 il keçsə belə biz öz torpaqlarımızı işğaldan azad etməyə, onu qorumağa qadirik. Eyni zamanda təkcə Azərbaycanda deyil Azərbaycandan kənarda yaşayan dünya azərbaycanlıları da ən az Azərbaycanda yaşayan vətəndaşlarımız kimi torpaqlarımızın işğaldan azad edilməsinə sevinirlər. Hesab edirəm ki, bu davamlı xarakterdə olacaq və ola bilər ki, növbəti illlərdə də mütamadi şəkildə keçirilsin.
Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi çox böyük tarixi, siyasi əhəmiyyəti var. Birinci növbədə qeyd etməliyik ki, uzun illər idi ki, təkcə Azərbaycan vətəndaşları yox, dünyanın istənilən guşəsində yaşayan azərbaycanlılar Şuşanı, torpaqlarımızı görmək istəyirdilər. Hər birimizə də məlumdur ki, dünyanın 65 ölkəsindən orada 400-ə qədər nümayəndə iştirak edib. Təmsil olunan ölkənin kütləvi informasiya vasitələri bu ölkə ilə maraqlanacaq. Eyni zamanda Azərbaycanın investisiya imkanları da burada artır. Diaspor təşkilatları öz ölkələrində ölkəmizi təbliğ edir. Qarabağın böyük iqtisadi potensialı var. Bu potensialın çərçivəsində investisiya mühitini də çox münbit hesab etmək olar. Ona görə də həm siyasi mənası ondan ibarətdir ki, Azərbaycan öz sözünü dedi, öz siyasi nüfuzunu artırdı. Bunların ardıcılı olaraq Şuşada böyük bir qurultay keçirildi və bu tarixə düşdü. Bu investisiya cəlb olunması baxımından təbliğ, təşviq formasıdır. 
Hazırda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsinin gündəlikdə olduğunu vurğulayan Prezident cənab İlham Əliyev bildirdi ki, bütün ağrılı məqamlara, 30 il işğala məruz qalmasına baxmayaraq bölgənin gələcəyi naminə sülh gündəliyini Azərbaycan təqdim etdi. Azərbaycanın konkret olaraq beş prinsipdən ibarət irəli sürdüyü təklif Ermənistan tərəfindən qəbul edilib. Bununla da Ermənistan rəhbərliyi rəsmən bəyan etmiş olur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.
Sadıqov Kərəm - Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi MMC-nin Sabunçu rayon filialının direktoru

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO