kanal1

Ermənistandan fərqli olaraq dövlətimizin, xalqımızın humanistliyi erməni xalqı ilə eyni ərazidə qonşuluq şəraitində yaşayışı mümkün edir

Tarix:5-05-2022, 09:11
Baxış Sayı:244 744



Cənab Prezident İlham Əliyev aprel ayının 29 -da keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Azərbaycanın mövcud vəziyyətini, inkişaf perspektivlərini yenidən dəyərləndirərək mühüm tarixi məqama toxunmuşdur. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsinin bağlanması məsələsi diqqətdə saxlanılıb. Azərbaycanın təklif etdiyi beş prinsipin Ermənistan tərəfindən müsbət qarşılanması bağlanacaq sülhün təminatçısı olacaq. 
         Ermənistandan fərqli  olaraq dövlətimizin, xalqımızın humanistliyi erməni xalqı ilə eyni ərazidə qonşuluq şəraitində yaşayışı mümkün edir. Həmçinin artıq ermənilər də başa düşür ki, Azərbaycan  ərazisində yaşamaq onların təhlükəsizliyi və  yaşayış səviyyəsi baxımından daha sərfəlidir. 
         30 il Cənubi Qafqazda bu cür münaqişə ocağının mövcud olması ərazidə yaşayan bütün əhalinin təhlükəsizlik normalarının pozulması demək idi. ATƏT-in Minsk qurupunun uğursuz siyasəti ədalətin yalnız  Azərbaycanın öz iradəsi ilə həll etməsi ilə nəticələndi və beynəlxalq ədalət bərpa edildi.  
         Həm Türkiyə ilə, həm də Rusiya ilə əməkdaşlıq haqqında bəyannamələrin imzalanması tərəflərin strateji maraqlarına əsaslanır. Ermənistan müharibə dövründə Rusiyanın müdaxiləsini gözləsə də bu baş vermədi, düzdür hərbi yardımlar qanunsuz və gizli şəkildə edilirdi, ancaq  açıq müdaxilə edilmədi. Təəssüflər olsun ki, bu yardımlar hava məkanı ilə qonşu ölkələrin ərazisindən keçərək Ermənistana göndərilirdi. İşğaldan azad olunmuş ərazilərimizin minadan təmizlənməsi prosesi olduqca çətin və uzunsürən bir prosesdir, mina xəritəsinin Azərbaycana verilməməsi müharibədən sonra da günahsız insanların ölümünə səbəb olur. 
           Cənab Prezident  çıxışı  zamanı  bir daha qeyd etdi ki, ərazi  bütövlüyümüz qırmızı xətdir. Bunu pozmağa çalışan, əsassız iddialar irəli sürən hər kəs layiqli cavabını alacaq, eyniylə İkinci Qarabağ müharibəsində olduğu kimi. 

       Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin 
       tarix müəllimi Damla Həsənzadə

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi