kanal1

Ekoloji terror erməni vandalizminin tərkib hissəsidir

Tarix:7-05-2022, 14:37
Baxış Sayı:107 598



Erməni işğalçılarının tək xalqımıza qarşı deyil, təbiətimizə və təbii sərvətlərimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçirmələri onların necə vəhşi və qaniçən bir millət olduğunu bir daha sübut edir. 1-ci Qarabağ müharibəsinin ilk dövrlərindən başlayaraq bu günə kimi işğal olunmuş ərazilərdə Azərbaycanın təbiətinə, fauna və florasına vurulan zərər olduqca böyük rəqəmlərlə ifadə olunur. Məsələnin tək ekoloji-maddi tərəfi deyil, həm də böyük ekoloji-mənəvi zərəri də var ki, bunu hesablamaq qeyri-mümkündür.
Hazırda işğaldan azad olunmuş ərazilərdə hələ 2020-ci ildən başlayaraq müxtəlif növ ağacların əkilməsi işləri aparılır. Prezidentimiz İlham Əliyev çıxışlarının birində demişdir: "Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".
Rəsmi məlumatlara görə, Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır. Bunun nəticəsidir ki Azərbaycan ərazisindən keçən Araz çayının bir hissəsində flora və fauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını,kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir.
Artıq işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması istiqamətində genişmiqyaslı tədbirlərə başlanılıb. Vaxtı ilə güllə səsi eşidilən Qarabağdan indi hər gün xoş xəbər alırıq. Artıq bu ərazi böyük tikinti meydançasına çevrilib. Təbiətimiz də daha rahat nəfəs alır. Parklar, qoruqlar bərpa olunur. Məhsuldar torpaqlar minalardan təmizlənir. Çirkləndirilmiş çaylar, göllər durulur. Bütün bunlar isə Qarabağın ekoloji həyatını daha da canlandırır, zənginləşdirir.
Natiq Musayev, Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO