kanal1

Səttar Möhbalıyev: “Azərbaycan-Türkiyə münasibətləri ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsidir”

Tarix:16-05-2022, 16:20
Baxış Sayı:101 242

Səttar Möhbalıyev: “Azərbaycan-Türkiyə münasibətləri ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsidir”


“Azərbaycan-Türkiyə əlaqələri davamlı olaraq yüksələn xətlə inkişaf etməkdədir, münasibətlərimizdə günü-gündən yeni parlaq səhifələr açılır. Siyasi, iqtisadi-ticarət əlaqələri, enerji, mədəniyyət, təhsil sahəsindəki əməkdaşlığımız maksimum səviyyəyə çatıb. Əlaqələrimizin bu səviyyəyə çatması, təbii ki, hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri sayəsindədir. Xatırladım ki, möhtərəm Prezidentimiz İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir. Eyni münasibət qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən də sərgilənir. Bu, dövlətlərimiz və xalqlarımız arasında movcud olan həmrəyliyin və birliyin təcəssümüdür”.
Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqliyin bariz nümunəsidir: “Münasibətlimizin daha da dərinləşməsində ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini xüsusi olaraq qeyd etmək istərdim. Bəyannamədəki bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatı üçün əlverişli imkan yaradır. Vətən müharibəsi dövründə qardaş ölkənin mənəvi və diplomatik dəstəyini unutmaq olmaz. Əks-hücum əməliyyatları başlayan ilk saatlardan cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türk xalqının bizi dəstəkləməsi, sözün həqiqi mənasında, təmənnasız qardaşlığın böyük təntənəsi idi. Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu, tarixə düşmüş böyük qardaşlığın əyani əlamətidir”.
Dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladan Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Türkiyə şad gündə də, dar gündə də hər zaman biri-birinin yanındadır: “Cənab Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradında iştirak etməsi, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, həmçinin Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılması dediklərimizin bir daha təsdiqidir. Və bu münasibətlər bütün dünyaya nümunə olacaq səviyydədir. Yeri gəlmişkən, bu il mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirildi. Belə bir mötəbər tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidentinin iştirak etməsi, orada çıxış edərək Hava Limanının işinə uğurlar arzulaması münasibətlərimizin inkişafı istiqamətində mühüm hadisələrdən biri kimi dəyələndirərdim. Tədbirdə iki ölkə arasındakı münasibətlərin səviyyəsindən danışan dövlətimizin başçısı cənab İlham Əliyev Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək Rize-Artvin Hava Limanının açılışında Türk qardaşlarımızla bərabər olmaqdan məmnunluğunu ifadə etdi. İnanırıq ki, reallaşdırılan bütün bu səfərlər, görülən işlər əlaqələrimizi daha da dərinləşdirəcək, əməkdaşlığımızı möhkəmləndirəcək”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO