kanal1

DOSTA GÜVƏN, DÜŞMƏNƏ GÖZ DAĞI OLAN FESTİVAL..

Tarix:1-06-2022, 12:05
Baxış Sayı:205 208

DOSTA GÜVƏN, DÜŞMƏNƏ GÖZ DAĞI OLAN FESTİVAL..



 

  Azərbaycanla Türkiyə arasındakı münasibətlər hal-hazırda ən yüksək dövrünü yaşayır. Vətən müharibəsində qələbənin əldə edilməsində Türkiyənin hərbi sənaye kompleksinin bir sıra məhsulları öz tövhəsini verdi.Onlarin sırasında "Bayraqtar"lar xüsusi rol oynayırdı.Bu texnikalar ordumuzun gücünə güc qatdı.

  Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında bir-birindən maraqlı anlar yaşanıb. Festivalin keçirildiyi əraziyə hər gün  demək olar ki böyük axın olub. İnsanlar nümayiş etdirilən hərbi məhsullarla daha yaxından tanış olmaq istəyiblər.Gənclər adını eşidib, özünü görmədikləri Bayraqtarlari   əyani şəkildə görə bildilər.Onu da qeyd edək ki, bu cür festival Türkiyədən kənarda ilk dəfə idi ki,   keçirilirdi.Bununla yanaşı ölkəmizdə ilk dəfə "Akinci" pilotsuz uçuş aparatı nümayiş etdirildi..

    Festivalda çıxış edən Prezident cənab İlham Əliyev bildirib ki, bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.Dövlət başçısı vurğulayıb ki,keçən il iyunun 15-də - Milli Qurtuluş günündə Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar-deyə prezident qeyd edib.

    "Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız. Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar"-deyə cənab Prezident vurğulayıb.

     Türkiyə prezidenti R.T.Ərdoğan isə deyib ki, biz könüllərimizə çəkilən hüdudları yıxaraq bu gün burada birlikdəyik. Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimiz, yurdumuz, könül coğrafiyamızın ayrılmaz bir parçasıdır. Türkiyə və Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi, şükür olsun, əvvəlcə strateji tərəfdaşlıq, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdıq. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurduq..Xüsusi vurğulamaq istəyirəm ki, silahlı pilotsuz uçuş aparatlarının zirvə nöqtəsi olan “Akıncı” PUA-ları İstanbuldan buraya fasiləsiz uçuş həyata keçirməklə rekorda imza atdı. İnşallah, uğurlarımız daha çox olacaq və onları da görəcəyik-dəyə Ərdoğan vurğulayıb.

Bütün bunlar onu göstərir ki, 2 ölkə əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək..

 

Sabunçu rayonu, 155 nömrəli tam orta məktəbin 

direktoru İbrahimova Ruhiyyə 

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO