kanal1

Abdin Fərzəliyev vətəndaşlar tərəfindən hər gün icra hakimiyyətinə edilən müraciətləri təhlil edir və icrasına ciddi nəzarət edir - ÖZƏL

Tarix:30-05-2022, 16:40
Baxış Sayı:173 470







Abdin Fərzəliyev öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edən, daim dövlətçiliyə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan və dövlət başçısının etimadını qazanan, sadə insanların yanında olmağı bacaran, daim şəhid ailələrin və qazilərin yanında olan nümunəvi rəhbər olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirən Abdin Fərzəliyev dövlət idarəetməsi sahəsi ilə yanaşı, ictimai-siyasi fəaliyyətində də uğurlar əldə edib.

Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev vətəndaşlar tərəfindən hər gün icra hakimiyyətinə edilən müraciətləri təhlil edir və icrasına ciddi nəzarət edir. Bu müraciətlər torpaq sahəsinin ayrılması, ev və ya sığınacaqla təminolunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar vətəndaşların başqa mənzillərə köçürülməsi, məhəllələrin abadlaşdırılması, iş yerləri ilə təminolunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlər və digər məsələlərlə bağlı olur. Abdin Fərzəliyev hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşaraq onun həllinə nail olur. Buna görə də yerli sakinlər daim rayon rəhbərliyindən razılıq edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan ənənəvi vətəndaş qəbulunda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
Sakinlər bəzi tikinti şirkətlərində üzləşdikləri problemlərin aradan qaldırılmasında, mülkiyyət hüquqlarının tanıdılmasında, işlə təmin olunmaqda köməklik göstərilməsini xahiş etmişlər.
Növbəti gün isə Pirəkəşkül-Qobustan kəndlərinin sakinləri ilə keçirilən səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda əhalinin sürətli artımının müşahidə olunduğunu və bununla əlaqədar olaraq bir sıra ehtiyacların meydana gəldiyini, məktəb və bağçalarda sıxlığın yarandığını bildirmişdir. Rayonun kənd və qəsəbələrində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayan RİH başçısı Abşeronda həyata keçirilən infrastruktur layihələri barəsində məlumat vermişdir.
Sonra Pirəkəşkül kənd və eyni nümayəndəlikdə birləşən Qobustan yaşayış məntəqəsinin sakinləri çıxış edərək kənd ərazisində müasir standartlara uyğun yolun çəkildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarıını ifadə etmişlər. Sakinlər kənd ərazisində içməli suyun verilmə saatının və müddətinin artırılmasında, yağışlı və küləkli havalarda elektrik enerjisinin təminatında yaranan problemlərin aradan qaldırılmasında, inşası yarımçıq qalmış bağça binasının tikintisinin başa çatdırılmasında, tibb işçilərinin sayının artırılmasında, kəndlərin mərkəzi küçələrinə asfalt örtüyünün çəkilməsində, təhlükəsizlik kamaralarının quraşdırılmasında, marşrut avtobuslarının sayının artırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdi




DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi