kanal1

İnkişaf naminə sülh

Tarix:22-06-2022, 14:18
Baxış Sayı:185 270




30 illik işğaldan sonra şanlı ordumuzun və prezident cənab İlham Əliyevin komandanlığı ilə Vətən torpaqları azad edildi.
    Xalqımız bu 44 günlük müharibədə düşmənə qələbə çalmaq üçün var qüvvəsi ilə çalışırdı: Hər şey cəbhə üçün, hər şey qələbə üçün! Bu əzmkarlıq bizi zəfərə çatdırdı.
    İndi sülh şəraitində Qarabağı yenidən qururuq, xalq, dövlət birlikdə çalışır. Biz bütün imkanlarımızı səfərbər edib cənnət Qarabağı dirçəldirik.
    Azərbaycan xalqı sülhsevər, mehriban xalqdır. Elə bu cəhətimiz bizi düşməndən fərqləndirir. Biz inkişaf naminə sülh istəyirik. Harada sülh, əminamanlıq olarsa, orada həyat olar, körpələr sevinər, qurucu insanlar xarüqələr yaradar. Biz ancaq sülh istəyirik, sülh inkişafdır, həyatdır! Vətənini, insanlığı, həyatı sevənlər sülh naminə çalışır. Gələcəyimizin inkişafı sülhdən asılıdır. Müharibə, dava-dalaş heç bir ölkəyə inkişaf, tərəqqi gətirmir . Əksinə, hər tərəf viran olur, iqtisadiyyat dağılır.
    Buna görə də Azərbaycan xalqı sülhə səs verir. Ölkəmizdə Prezident cənab İlham Əliyevin 16 iyun tarixdə keçirilmiş 9-cu Qlobal Bakı Forumunda çıxışı buna bariz sübutdur.
    Prezidentimizin və Vitse-prezident Mehriban xanım Əliyevanın əzmkarlığı ilə bu sülhə, inkişafa nail oluruq. Onlar çalışırlar ki, ölkəmiz inkişaf etsin, uşaqlarımız, gəncliyimiz firavan böyüsün.
  
Sabunçu rayonu, 130 saylı tam orta məktəbin
İbtidai sinif müəllimi İradə Abbasova

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi