kanal1

SÜRƏTLİ YENİDƏNQURMA

Tarix:30-06-2022, 12:00
Baxış Sayı:217 959



Hər bir dövlətin özünəməxsus mədəniyyəti vardır. Bəzi dövlətlər isə bu mədəniyyətin daha da  qədimliyi ilə fərqlənir. Azərbaycan məhz bu dövlətlərdən biridir. Paytaxt Bakı şəhəri qədim memarlıq üslubu ilə dünyanın diqqət mərkəzindədir. Şəhərin tarixi simasını qorumaqla yeni müasir memarlıq üslubunda yenidənqurma şəhərə xüsusi gözoxşayan sima bəxş etmişdir.  Buna qədimliyin və müasirliyin ahəngi kimi baxa bilərik. Sadəcə paytaxt Bakı şəhəri yox digər şəhərlərimiz də memarlıq nümunələri, qədim mədəniyyətlərlə zəngindir.  
       Ermənistan tərəfindən işğal edilən torpaqlarımız düşmənlər tərəfindən talan edilmiş, qəsdən memarlıq abidələrimiz dağıdılmışdır. Ağdam və Fizuli şəhərlərində demək olar ki, bir dənə tikili belə qalmamışdır. 
       Prezident İlham Əliyev 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışı zamanı ermənilərin torpaqlarımızda həyata keçirdiyi vəhşilikləri bir daha diqqətə çatdırmışdır. Torpaqlarımız düşmən işğalımdan azad edildikdən sonra şəhərlərin yenidənqurulması üçün geniş planlar hazırlanmışdır. Ancaq Ermənistan tərəfinin  mina xəritələrini Azərbaycana tam şəkildə təhvil verməməsi sürətli yenidənqurmaya mənfi təsir göstərir və düşmənin mənfur siyasətini, Beynəlxalq hüquqları kobud şəkildə pozduğunu nümayiş etdirir. İkinci Qarabağ müharibəsində qələbəmizdən sonra Cənubi Qafqazda sülh və təhlükəsizliyin tam təmin olunması istiqamətində böyük uğurlar qazanılmışdır, ancaq Ermənistan tərəfinin hələ də sülh müqaviləsi imzalamağı yubatması və hələ də ərazi iddiaları ilə çıxış etməsi vəziyyəti nisbətən gərginləşdirir. 
       Ölkəmizin şəhər və kəndlərin yenidənqurulması istiqamətində əsas addım təhlükəsiz mühitin yaradılmasıdır, çünki hər şey buradan başlayır. Bütün bu yenidənqurma işləri isə Azərbaycanın öz maliyyəsi hesabına həyata keçirilir. 
                      
Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin 
tarix müəllimi Damla Həsənzadə

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi