kanal1

Qarabağda yenidən həyat canlanır

Tarix:30-06-2022, 12:16
Baxış Sayı:118 948



Torpaqlarımız  uzun müddət  idi  ki,  işğal  altında  idi.  Bu  müddət  ərzində  təbiətin  bütün  gözəlliklərinin  bəxş  olunduğu  Qarabağda  sanki  həyat  dayanmışdı.  Vəhşi  qəbilə  kimi  yaşayan,  heç  bir  dəyərə,  mədəniyyətə  sahib  olmayan ermənilər  bu  əsrarəngiz  gözəlliyi  məhv  etmiş,  çapıb-talamış,  viran qoymuşlar. Belə bir  mənzərə  qarşısında  düz  otuz  il  Azərbaycan səbirsizliklə bu  gedişatın bitəcəyi  günü  gözləmiş,  haqq səsini  bütün  dünyaya  çatdırmışdır.  Nəhayət,  2020-ci il  27  sentyabrda  başlanan  müharibə  Azərbaycanın  mütləq  qələbəsi,  Ermənistanın  kapitulyasiya aktına  imza  atması  ilə  nəticələndi. 
      İndi  torpaqlarımız  azaddır.  Vəhşi qonşularımızın  daşı  daş  üstündə  qoymadığı,  tamamilə darmadağın  etdiyi  Qarabağda  quruculuq  işləri  sürətlə  davam  edir.  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastruktur  yenidən qurulur.  Qısa müddət  ərzində  çox  böyük  işlər  görülüb. Yollar,  elektrik xətləri,  su  xətləri,  dəmir  yolları  çəkilir,  hava  limanları, su-elektrik stansiyaları  tikilir.  Müasir  standartlara  uyğun  aparılan  yenidənqurma  işləri  dövlətimizin  öz  hesabına,  heç bir  beynəlxalq  təşkilatın  və  fondun  yardımı olmadan  həyata  keçirilir.  Bu olduqca  çətin  bir  prosesdir. Torpaqların  minalardan  təmizlənməsi,  paralel  olaraq  tikinti  işlərinin  reallaşdırılması  böyük  maliyyə  vəsaiti  tələb  edir.  Çətinliklərə  baxmayaraq, bu  torpağın öz  sahibləri  əllərindən  gələni  əsirgəmir, bütün  imkanlarını  səfərbər  edirlər. 
Qələbəmizdən yalnız  bir il yarım keçməsinə  rəğmən  Güləbird  Su-Elektrik Stansiyasının, yeddi yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin,  Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin,  Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi  layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha sübut edir. Qısa zaman  kəsiyində  bu cür  nəhəng  işlərin  görülməsi  bütün  dünyada  heyrət  və  maraq  doğurur. 
Quruculuq işlərinə  xüsusi  diqqət  ayıran, hər  bir  layihənin  yüksək  səviyyədə,  məsuliyyətlə  həyata  keçirilməsini  təmin  edən  Prezident  İlham  Əliyev müsahibələrinin  birində  demişdir: “Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır”.
Bəli,  Qarabağda yenidən  həyat  canlanır. Otuz  il  bundan  öncə  öz  yurd-yuvalarından  didərgin  düşən  soydaşlarımız tezliklə  dədə-baba  ocaqlarına  qayıdacaqlar.  Xalqımız  buna  öz  gücü,  iradəsi,  inamı  və  düzgün  siyasi  addımları  nəticəsində  nail  oldu.  

Sabunçu rayonu,  96  nömrəli  tam  orta  məktəbin 
 müəllimi  Vüsalə  Allahverdiyeva


Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO