kanal1

ÖLKƏMİZ BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ

Tarix:4-07-2022, 16:42
Baxış Sayı:231 586



Müstəqil Azərbaycan Respublikası yaradıldıqdan sonra Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv olmuşdur. Bura BMT, MDB, Aİ və s. kimi böyük təşkilatları misal göstərə bilərik. Azərbaycanın bu təşkilatlarla əməkdaşlıq etməsi beynəlxalq aləmdə tanınması, söz sahibi olması deməkdir. Bu təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. 20-ci əsrin ikinci yarısında bir sıra dövlətlər birlik yaradaraq təhlükəsiz bir mühitdə inkişaf və sülh üçün birləşmişdilər. Bu Hərəkata  üzv olan dövlətlər “Soyuq müharibə” dövründə heç bir hərbi bloka qoşulmamamğı öhdələrinə götürürdülər. 
        Qoşulmama Hərəkatı “Soyuq müharibə” dövründə yaradılsa da hazırda  öz aktualllığını və əhəmiyyətini saxlayır. Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılmışdır və Azərbaycan 2011 -ci ildən bu təşkilatın üzvüdür. Təşkilata üzv olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımışdır. Azərbaycan öz növbəsində Qoşulmama Hərəkatının bütün prinsiplərinə tam şəkildə riayət edir. 
       Azərbaycanın Qoşulmama Hərəkatına üzvlərin yekdil qərarı ilə sədr seçilməsi və bunun bir müddət uzadılması həmin dövlətlərin Azərbaycana nə qədər əhəmiyyət verdiyini, Azərbaycanın öz üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirdiyinin göstəricisidir. Ölkəmizin Qoşulmama Hərəkatında sədrlik dövrü COVİD-19 pandemiyası ilə üst-üstə düşdüyü üçün Azərbaycan bununla mübarizə üçün öz rolunu ortaya qoymuşdur. Pandemiya dövründə Qoşulmama Hərəkatına üzv olan dövlətlər Ümumdünya Səhiyyə Təşkilatına böyük məbləğdə ianə etmişdir, 80- dən çox ölkəyə maddi yardım göstərilmişdir. 
       Qoşulmama Hərəkatına üzv olan dövlətlərin Azərbayca qarşı olan ərazi iddialarını pisləmiş, Azərbaycanın ərazi bütövlüyünə qarşı səsləndirilən iddialara qarşı çıxmışdır. Bu isə Hərəkatın beynəlxalq hüquq müstəvisində ədalətli fəaliyyətini bir daha sübut edir. 
 
 Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
 tarix müəllimi Damla Həsənzadə

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi