kanal1

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir

Tarix:22-07-2022, 10:47
Baxış Sayı:184 324



Azərbaycan zəngin təbii ehtiyatlara və dayanıqlı enerji  infrastrukturuna malik ölkədir. Odur ki,  respublikamızın həm daxili, həm də xarici siyasətində enerji təhlükəsizliyi məsələsi mühüm yer tutur. Ölkəmiz enerji təhlükəsizliyi siyasətini təkcə milli və regional səviyyədə deyil, həmçinin beynəlxalq səviyyədə dəstəkləyir. Respublikamızın geniş enerji potensialından səmərəli istifadəsi təkcə bizim deyil, ümumilikdə regionun təhlükəsizlik təminatıdır və bu baxımdan ən böyük töhfəni isə qlobal enerji təhlükəsizliyi işində böyük layihəhələrə imza atmaqla vermişik. Əvvəlcə neft, qaz hasilatı artırılmış, böyük əhəmiyyətli neft - qaz kəmərləri çəkilmişdir. Bununla  Avropa ölkələrinin Azərbaycanın enerji gücünə olan böyük təlabatı ödənilməsi təmin edilmişdir.
    Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Respublikasında enerji sahəsində davamlı olaraq böyük işlər görülmüş, genişmiqyaslı nəhəng enerji obyektləri inşa olunmuşdur.  Azərbaycanın müstəqil enerji diplomatiyasının formalaşmasında ilk böyük uğur kimi Ulu Öndər Heydər Əliyev dövründə - 1994-cü il sentyabrında imzalanmış “Əsrin müqaviləsi”nin mühüm rolunu qeyd etmək lazımdır.  Sonralar imza atılan yeni neft-qaz layihələri bu işin davamlı inkişafını təmin etmişdir. Xüsusilə prezident İlham Əliyevin uğurlu diplomatik addımları, ölkəmizin beynəlxalq əhəmiyyətli layihələrə qoşulmasına və dünya ölkələri içərisində enerji təhlükəsizliyi işində önəmli yer tutmasına yol açmışdır. Bakı- Tbilisi- Ceyhan, Bakı-Tbilisi- Ərzurum, Şahdəniz,  TAP , TANAP layihələri bu baxımdan ən önəmli enerji layihələri olaraq göstərilə bilər. 
    Azərbaycan həm öz enerji ehtiyatlarını ixrac edən ölkə kimi , həm də Mərkəzi Asiyadan Avropaya gedən mühüm kəmərlər üçün tranzit rolu oynayan ölkə kimi daim dünya ölkələrinin xüsusi diqqətindədir, həm hasilatçıdır, həm də tranzit ölkədir.  Ona görə də Azərbaycan Respublikası ilk günlərdən neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal əməkdaşlıq etmişdir və bu sahədə böyük uğurlara imza artmışdır. Görülən işlər, atılan bütün addımlar həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın təbii məhsullarına olan təlabatın ödənilməsinə, eyni zamanda bu prosesdə təhlükəsizlik və səmərələliyin təmin edilməsinə yönəldilmişdir.
    Bu yöndə atılan önəmli addımlardan biri də Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı haqqında Memorandumun imzalanmasıdır. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da uğurla inkişaf etməsində mühüm rol oynayacaqdır. Avropa birliyi ilə əməkdaşlıq, neft boru kəmərlərinin təhlükəsizliyi, sabit enerjini verilməsinin təmin  edilməsi, müasir və daha dayanıqlı texnologiyalrın tətbiq edilməsi Azərbaycan üçün vacib məsələlər sırasında öndədir. Gələcəkdə Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Avropaya elektrik enerjisi ixracını həyata keçirə biləcəkdir.  Halhazırda ölkəmiz bu yöndə uğura imza atmaq üçün işlərini davam etdirir.
    Onu da qeyd etmək vacibdir ki,  enerji təhlükəsizliyini təmin etmək üçün strateji obyektlərin enerji ilə etibarlı təmini, ekoloji tələblərin nəzərə alınması, səmərəsiz istifadənin qarşısının alınması çox vacibdir. Çünki müasir dünyamızda ölkələrin təhlükəsiz enerji mənbələri ilə təmin edilməsi çox önəmlidir. Belə əhəmiyyətli, mürəkkəb və aktual bir məsələdə - Enerji təhlükısizliyinin təmin edilməsində Azərbaycanın yaxından iştirakı, daima olaraq  çalışması və beynəlxalq əməkdaşlıq etməsi ölkəmizin region və dünya üçün nə dərəcədə xüsusi yer tutmasını bir daha önə çəkməkdədir.


Sabunçu  rayonu, Elxan  Misirxanov  adına  
71  nömrəli  tam  orta məktəbin direktoru  Yasin  Quliyev 

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA