kanal1

Azərbaycan ilə Avropa İttifaqı arasında çox etibarlı, uzunmüddətli əlaqələrin mövcudluğu ölkəmiz üçün böyük əhəmiyyətə malikdir

Tarix:22-07-2022, 10:52
Baxış Sayı:225 225



On beş ildən artıqdır ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Memorandum, 2011-ci ildə Cənub Qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə bu əməkdaşlığın möhkəm təməllər əsasında qoyulduğunu göstərir. Görülən işlər nəticə əldə etmək üçün çox vaxt və əmək tələb edən işlərdir. Neft hasilatı, sonra qaz hasilatı, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilişi Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri sırasına daxil idi. Bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır, Avropanın enerji xəritəsi tamamilə dəyişdirilir. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi bütün sahələrdə tam gücü ilə işləyir. 
       Mövcud vəziyyətdə enerji təhlükəsizliyi məsələləri əvvəlki illərdən də vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında çox etibarlı, uzunmüddətli əlaqələrin mövcudluğu ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bu əlaqələr yalnız neft və qaz sahəsində deyil, bir çox sahələri əhatə edir.
        Azərbaycanda bərpaolunan enerji istehsalı sahəsində də böyük işlər aparılır. Külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin, Xəzər dənizində külək enerjisinin yüksək potensialı var.

Sabunçu rayonu, M.Orucov adına 213 nömrəli məktəb-liseyin Azərbaycan   dili və ədəbiyyat müəllimi 
Cabbarova Sədaqət

Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Regionların Enerji Təhlükəsizliyinə və Dayanıqlı İnkişafına Xidmət Edən Rəhbər – Zülfi Ağayev
Regionların Enerji Təhlükəsizliyinə və Dayanıqlı İnkişafına Xidmət Edən Rəhbər – Zülfi Ağayev
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Gəncənin İnkişafında, Vətəndaş Məmnunluğunda və Sosial Rifahın Yüksəldilməsində Uğurlu İdarəçilik Nümunəsi – Niyazi Bayramov
Gəncənin İnkişafında, Vətəndaş Məmnunluğunda və Sosial Rifahın Yüksəldilməsində Uğurlu İdarəçilik Nümunəsi – Niyazi Bayramov