kanal1

Azərbaycan xalqı öz Prezidentinin həyata keçirdiyi xarici və daxili siyasəti bütünlüklə dəstəkləyir

Tarix:27-07-2022, 16:45
Baxış Sayı:76 272

Azərbaycan xalqı öz Prezidentinin həyata keçirdiyi xarici və daxili siyasəti bütünlüklə dəstəkləyir



Azərbaycanda həyata keçirilən istər daxili, istərsə də xarici siyasətin əsasında məhz insan amilinin durduğu bu gün bütün sahələrdə özünün təzahürlərini tapmaqdadır. O cümlədən hazırda paytaxt və iri şəhərlərlə yanaşı ölkəmizin rayon və kəndlərinin sosial-iqtisadi inkişafı istiqamətində görülən iri həcmli işlər dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının göstəricisidir. Bu baxımdan əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edən tarixi sənəddir. Bu gün biz infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının uğurla davam etdirildiyinin şahidiyik.

Birmənalı olaraq demək lazımdır ki, regioanl inkişaf proqramlarının effektiv şəkildə həyata keçirilməsi baxımından dövlət başçısının mütəmadi olaraq ölkənin rayon və bölgələrinə etdiyi səfərlər böyük əhəminyyət kəsb edir. İlk növbədə bu səfərlər rayon və bölgələrdə aparılan işlərin dövlətin diqqətində olduğunu bir daha nümayiş etdirir və həmin işlərin icrasında məşğul olan bütün qurumlar üçün güclü stimul rolunu oynayır. Bununla da Ölkə Prezidentinin bölgələrə səfərləri Dövlət Proqramının icrasını sürətləndirir, regionların tarazlı inkişafını təmin edir, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində aparılan işlərə güclü təkan verir. Möhtərəm dövlət başçımızın regionlara etdiyi hər belə səfəri neçə-neçə istehsal müəssisələrinin, yol, körpü və tunellərin, elektrik təchizatı obyektlərinin, su təchizatı layihələrinin, idman, səhiyyə və təhsil müəssisələrinin açılış və təqdimat mərasimləri ilə müşayiət olunur. Əminliklə demək olar ki, xüsusilə son illərdə ölkənin bütün rayonlarında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər boyunca yerli sakinləri narahat edən problemlərin böyük bir hissəsi aradan qaldırılıb.

Təbii ki, insanların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, rifah səviyyələrinin yüksəldilməsinə tam nail olmaq üçün vətəndaşların işlə təmin olunmaları vacib şərtlərdən biridir. Qeyd etmək lazımdır ki, məxsusi olaraq bu istiqamətdə də dövlətimiz tərəfindən davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan artıq neçə müddətdir ki, davamlı olaraq bütün bölgə və regionlarda sənaye parklarının, müxtəlif profilli, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı üzrə ixtisaslaşdırılmış müəssisələrin yaradılmasını göstərmək olar. Eləcə də dövlət tərəfindən ölkədə sahibkarlığın inkişafına, xüsusilə kənd yerlərində fermer təsərrüfatlarının yaradılmasına verilən dəstək birbaşa yeni iş yerlərinin yaradılmasını stimullaşdıran amillərdir.

Qeyd etmək lazımdır ki, bütün bu və bir çox digər vacib məqamlar Ölkə Prezidenti cənab İlham Əliyevin iyul ayının 25-də Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunmuş İcra Hakimiyyəti başçlarını qəbul edərkən etdiyi çıxışında öz əksini tapmışdır. Dövlət başçısı həmin çıxışında regionların inkişafını təmin edəcək Dövlət Proqramının yerlərdə səmərəli şəkildə həyata keçirilməsində icra orqanlarının əhəmiyyətli rolunu xüsusi olaraq vurğulamışdır. Həqiqətən də bu gün rayonlarda icra orqanlarına rəhbərlik edən şəxslərin öz vəzifələrini nə dərəcədə məsuliyyətlə icra etmələri, öz işlərində ədalət və obyektivlik, insanlara qayğı prinsiplərini əldə rəhbər tutmaları vətəndaş məmnunluğunu təmin edən əsas amillərdən biri kimi çıxış edir. Xüsusilə rayon və kənd yerlərində insanların sosial-məişət problemlərinin həlli, onların işlə təminatı, rifah hallarının yüksəlməsi bir çox hallarda məhz həmin rayonun İcra Hakimiyyəti başçısının işə yanaşma tərzindən birbaşa asılı olur. Məhz buna görə də möhtərəm Prezidentimiz yeni təyinat alan İcra Hakimiyyəti başçılarına verdiyi tövsiyyələrində onların daim sakinlərin arasında olmalarını, vətəndaşların qayğıları ilə yaşamalı olduqlarını, mövcud problemlərin həlli üçün bütün potensiallarını səfərbər etmələrini ən vacib məqamlar kimi diqqət mərkəzinə çəkir.

Birmənalı olaraq demək lazımdır ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ilk növbədə xalqın mənafelərinin təmin olunmasına istiqamətləndirilib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə həmrəylik nümayiş etdirir, Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin həyata keçirdiyi xarici və daxili siyasəti bütünlüklə dəstəkləyir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO