kanal1

AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTO

Tarix:28-07-2022, 18:03
Baxış Sayı:192 072

AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTO


İyulun 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən istirahət mərkəzlərinə baş çəkib.

Xaçmaz rayonunda “Xəzər”, “Şahdağ”, “Ülfət”, “Lokomotiv”, “Təhsil”, Qusar rayonunda “Şəfa” istirahət mərkəzlərinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya baxış keçirib, ərazini gəzib. AHİK sədri həmçinin mərkəzlərdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.

İstirahət edənlər onların dincəlməsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirib və öz təşəkkürlərini bildiriblər.

Sonra AHİK sədri mədəniyyət işçiləri üçün Nabran qəsəbəsində yeni tikilməkdə olan istirahət mərkəzində olub, burada görülən işlərlə maraqlanıb.

Bu barədə geniş məlumat veriləcək.



DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi