kanal1

Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətlənən siyasət dəstəklənir

Tarix:29-07-2022, 11:15
Baxış Sayı:121 672



Cəmiyyətdə qərarlar və insanlar arasında münasibətlərin qanun əsasında formalaşması inkişafın əsas şərtlərindən biridir. Ədalətli, demokratik cəmiyyətin qurulması üçün qanunun aliliyi əsas şərtdir. Qanunlar insanların firavanlığı və sülh mühitinin yaradılması üçündür. Qanunun aliliyini təmin edən cəmiyyətlərdə  insanlar arasında sülh, firavanlıq, dayanıqlı iqtisadi inkişaf mövcud olur.
    Cənab Prezident İlham Əliyevin təyinatları, bir sıra dövlət məmurları barəsində ölçü götürülməsi  bir daha göstərdi ki, cəmiyyətdə hər kəs qanuna riayət etməli, dövlət siyasətini və beynəlxalq nüfuzu pozmamalıdır.
    Cari ilin 25 iyul tarixində Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı verdiyi tövsiyələr,  birmənalı olaraq hər bir vəzifəli şəxs üçün keçərlidir.  Cənab Prezident hər bir Azərbaycan vətəndaşı üçün doğru yolu göstərir:“Heç kəs qanundan üstün ola bilməz. Məmurlar daim insanlarla təmasda olmalı, insanların qayğıları ilə yaşamalı, onları narahat edən problemləri həll etməli, fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər”. 
  Son illərdə bütün rayonlarda icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəticəsində böyük işlər görülmüşdür, insanları narahat edən bir çox problemlər aradan qaldırlmışdır. Sovet dövründə qaz çəkilməyən bir sıra rayonlar, o cümlədən Lerik rayonu Cənab  Prezidentin göstərişi ilə qazla təmin olunmuşdur. 
Əhalinin təbii artımına uyğun iş yerlərinin müntəzəm olaraq açılması işsizliyin azalmasına səbəb olmuşdur. Yeni yol çəkilişləri, suvarma və içməli su layihələri, müasir məktəblərin, xəstəxanaların tikintisi rayonların sosial-qtisadi inkişafına böyük töhfədir.
    Vaxtilə bir sıra qanunsuzluqlara yol vermiş, ölkədəki bu çiçəklənməyə kölgə salmaq istəyən, öz şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutan dövlət məmurları artıq qanun qarşısında cavab verməli olurlar. Bakı şəhəri və regionlardakı torpaqların qanunsuz olaraq zəbt edilməsi yolverilməzdir. Burada yaşayan insanların firavanlığının pozulması cəmiyyətimizdə narazılıq yaradır. Şəhid, qazi və aztəminatlı ailələrə bəzən göstərilməyən qayğı problemlər meydana gətirir. Halbuki müasir idarəetməni əsas tutaraq ictimai nəzarətin artırılması lazımdır.         
 Xalqa bağlılıq, şəhid, qazi ailələrinə xüsusi diqqət, qayğı, duyarlılıq əsas şərtlərdən biri olmalıdır. 
    İcra başçıları insanları dinləməyi və onları narahat edən problemi lazım gəldikdə elə yerindəcə həll etməyi bacarmalıdırlar. Ədalətlilik prinsipi sağlam cəmiyyətdə əsasdır.
   Cəmiyyət ölkə başçısı ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirir. Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətlənən siyasəti hamı dəstəkləyir. Hər hansı qanunsuzluq, rüşvətxorluq halları dövlətin nüfuzuna ciddi zərbədir. Dövlətimizin siyasətinə xələl gətirən  bu hallara yol verilməməlidir. 
Regionlarda turizmin inkişafına kömək etməklə, sahibkarlara şərait yaratmaqla rifah halnı daha da yaxşılaşdırmaq olar. 
Dövlət siyasətini həmişə uğurla davam etdirən Cənab Prezident İlham Əliyev şəhərsalma normalarının bəzən pozulduğunu, bu normalara daim riayət edilməli olduğunu icra başçılarına çatdırmışdır. 
    Böyük perspektivləri, potensialı olan Azərbaycan uğurlu dövlət siyasəti nəticəsində daha da yüksələcək , inkişaf edəcək. 
    Cənab Prezident İlham Əliyev Azərbaycanın inkişafına kimsənin mane ola bilməyəcəyini belə ifadə etmişdir: “Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.


Səid Babayev, Sabunçu rayonu, 28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO