kanal1

Azərbaycanda maliyyə dövriyyəsi aparan təşkilatlara görə birinci dərəcəli əlillər ikinci növ vətəndaş hesab edilir...

Tarix:1-08-2022, 14:27
Baxış Sayı:217 047

Azərbaycanda maliyyə dövriyyəsi aparan təşkilatlara görə birinci dərəcəli əlillər ikinci növ vətəndaş hesab edilir...




Azərbaycanda monopoliyanın başında bank sektoru gəlir.
Mərkəzi Bank tərəfindən yeridilən maliyyə siyasəti insanlar arasında ayrıseçkiliyin təyin edilməsi prinsipi ilə həyata keçirilir.
Ölkəmizdə insanları əsasən maliyyə imkanlarına görə sortlaşdırmanı ilk dəfə banklar, sonra mobil operatorlar, daha sonra isə bütün kreditor təşkilatlar tərəfindən tətbiq edilmişdir.
Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi birinci qrup əlillliyi olan şəxslər ikinci növ vətəndaş hesab edilərək ümumi toplum halında risk faktoru kimi qəbul edilmir.
Azərbaycanda azğınlaşmış banklar, mobil operatorlar, kredit siyasəti ilə ticarət edən şəbəkələr, qeyri bank kredit ittifaqları və sairə maliyyə dövriyyəsi həyata keçirən müəsissələr birinci qrup görmə üzrə əlilliyi olan şəxsləri tam insan qəbul etməyərək, risk faktoruna daxil etmiş və əlilliyi olan şəxslərlə maliyyə öhdəliyi qarşılığında xidmət müqavilələri bağlamaqdan imtina edirlər.
Mobil operatorlar və banklar əlilliyi olan şəxslərə telefon nömrələri daşıyıcısı olan simkartlar, debet kartlar verməkdən imtina edirlər.
Birinci qrup görmə üzrə əlilliyi olan şəxs mobil nömrə əldə etmək üçün əlavə vəsait xərcləməli, yəni, insan sayılan sağlam şəxsə etibarnamə verməli və onun vasitəsi ilə istənilən mobil operatorun simkartını əldə etmək imkanını qazanmalıdır.
Göstərilən bu faktlar insan hüquqlarına dair  beynəlxalq konvensiyaların və Azərbaycan respublikasının  konstitutsiyasının tələblərinə ziddir.
Əlilliyi olan şəxsləri riskli insan faktoru hesab edən banklar,  mobil operatorlar, kredit birlikləri və sairə maliyyə dövriyyəsi həyata keçirən təşkilatlar əlilliyi olan şəxslər tərəfindən Azərbaycan Respublikasi Konstitutsiya Məhkəməsinə və Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi Olan Şəxslərin Hüquqlarına Dair Beynəlxalq Komitəsinə” şikayət edilməlidirlər.

İbadullayev Bəybala

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi