kanal1

DİLİMİZ -MƏNLİYİMİZDİR

Tarix:2-08-2022, 10:19
Baxış Sayı:224 305



“Dilimiz-mənliyimizdir”-ifadəsini tez-tez eşidirik. İki sözdən ibarət bu söz əslində çox geniş mənalar ifadə edir. Dil  hər bir xalqın, dövlətin ən böyük milli  dəyərlərindəndir. Ulu Öndər Heydər Əliyev öz nitqində bunu çox gözəl ifadə edərək bildirmişdir: "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.
Hər bir dil özlüyündə bir tarix yaşadır. Dilimiz bizim keçmişimiz, bugünümüz, sabahımızdır. Dilimiz eyni zamanda bizim  mənəviyyatımızın tarixi göstərgəsidir.  
Çünki bir xalqı, məhv etmək üçün torpağını, malını, mülkünü əlindən almaq kifayət etməz, ancaq onun  dilini əlindən alsan məhv edə bilərsən. Düşmənlər hər zaman biz qarşı bu siyasətdən istifadə etməyə çalışmışdır. Ancaq heç bir nəticə əldə etməmişdir. 
 Ötən əsrin əvvəllərindən başlayaraq dilimiz sıxışdırılmış, qadağan edilmişdir. Sovet Rusiyasının həyata keçirdiyi bu  ədalətsiz siyasət milli kimliyimizi unutdurmağa, ruslaşdırma siyasətini həyata keçirməyə yönləndirilmişdir. Ancaq bu siyasət xalqımızın iradəsi sayəsində uğursuzluqla nəticələnmişdir. Buna qarşı mübarizə  daim davam etmişdir, ötən  əsrin 70-ci illərindən etibarən Ümumilli lider Heydər Əliyev dil məsələsini işıqlandıraraq öz sərt mövqeyini ortaya qoymuşdur. Nəticədə 1978-ci ildə  Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə edilmişdir. 
   Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi, xalqımızın dilimizə milli dəyər kimi yanaşmasının, onu qorumasının, həmçinin, dilimizin zənginliyinin bariz nümunəsidir. 2001-ci il 9 avqust tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi dövlətimiz üçün tarixi hadisədir.  Bu tarixi yaşamaq üçün xalqımız uzun illər ədalətsiz sınaqlardan keçmişdir.
   Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili  olması öz əksini tapmışdır. 
 
                 Sabunçu rayonu,  72 nömrəli məktəb-liseyin 
      tarix müəllimi Həsənzadə Damla

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi