kanal1

Elmar Məmmədyarov: Zavodumuz pivə istehsalında ən son texnologiyalardan istifadə edir

Tarix:9-08-2022, 11:13
Baxış Sayı:68 100



Salyan Pivə Zavodunun direktoru Elmar Məmmədyarov - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, onun milli inkişaf prioritetlərimizə səmərəli şəkildə çatmağa imkan verəcək səviyyədə inkişaf etdirilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Dövlət idarəçiliyinin səmərəsi həm də kadrlardan asılıdır. Təsadüfi deyil ki, dövlət başçısı yeni kadrları təyin edən zaman onlarla görüşüb, tapşırıq və tövsiyələrini verir. Ölkə Prezidenti dövrün tələblərinə uyğun olaraq, dövlət idarəetmə sistemində davamlı islahatlar həyata keçirir. Bu, həm institusional, həm də kadr islahatları xarakterli olur. İnstitusional islahatların həyata keçirilməsində başlıca məqsəd qarşıya qoyulmuş vəzifələrə daha optimal çatılması, dövlət idarəçiliyinin daha çevik olmasını təmin etməkdən ibarətdir. Təbii ki, yeni dövrün tələblərinə və yeni inkişaf məqsədlərinə uyğun olaraq, kadr islahatlarının həyata keçirilməsi çox vacibdir. Ölkə Prezidentinin də hər dəfə xəbərdarlıq edərək xatırlatdığı kimi, yeni təyin olunan kadrlar vəzifələrini vicdanla, düzgün yerinə yetirməlidirlər, daim insanlarla təmasda olmalıdırlar və qanunazidd əməllərə yol verməməlidirlər. Cənab Prezident bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini də xatırlatdı. İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipindən çıxış etməlidirlər.  Bütün sakinlərə, xüsusilə də şəhid ailələrinə yaxından qayğı göstərilməlidir. Problemlərin sakinlərin öz dilindən eşidilib aradan qaldırılması ümumilikdə yaxşı nəticələri şərtləndirəcək. Dövlət tərəfindən şəhid ailələrinə yaxından diqqət göstərilməkdədir. Onların məişət problemləri həll olunur, mənzillər, fərdi evlər verilir, avtomobillə təmin olunurlar. Prezident tapşırıq verdi ki, rayon icra orqanları da bu istiqamətdə fəallıq nümayiş etdirsinlər. Şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının qayğıları ilə yaxından maraqlansınlar, onların məşğulluğunun təmin olunmasının qeydinə qalsınlar. Ölkə başçısı bir daha vurğuladı ki, azad edilmiş torpaqlarımıza bayrağımızı bizim qəhrəman əsgər və zabitlərimizin sancdığını heç kim unutmamalıdır. Onlar canları, qanları bahasına Vətənimizi işğaldan azad ediblər. Ona görə də hər bir kəs onlara arxa, dayaq durmağa borculudur. 

Ölkə Prezidenti təyin etdiyi yeni icra başçılarına müvafiq rayonların inkişaf potensiallarını da xatırlatdı. Həmin rayonların turizm potensialından istifadə edərək, onları turizm mərkəzlərinə çevirmək vəzifəsini qoydu.  Prezidentin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası sayəsində rayonların həm siması, həm də sosial-iqtisadi vəziyyəti köklü şəkildə dəyişmişdir. Belə ki, geniş abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, müxtəlif infrastruktur layihələri də reallaşdırılmışdır, sakinləri uzun illər narahat edən elektrik enerjisi, su, qaz, yol, xəstəxana və s. çoxsaylı problemlər aradan qaldırılmışdır. Yeni iş yerlərinin açılmasının daimi xarakterli olması da dövlət başçısı tərəfindən xatırladıldı. Belə ki, ölkəmiz müstəqilliyinə qovuşan zaman əhalinin sayı yeddi milyon təşkil edirdi. Hazırda isə əhalinin sayı on milyonu ötüb. Müvafiq olaraq, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun səmərəli təmin olunması məsələsi daim diqqət mərkəzində olmalıdır. Yeni iş yerlərinin yaradılması prosesində kənd təsərrüfatının inkişaf etdirilməsi təsirli rol oynaya bilər. Bu baxımdan, ölkə Prezidenti müasir tələblərə cavab verən kənd təsərrüfatının yaradılması tapşırığını da verdi. Torpaqlardan səmərəli istifadə etməklə, müasir aqrotexniki tədbirlər görməklə ümumilikdə kənd təsərrüfatının inkişaf etdirilməsi regionların sosial-iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırar və müvafiq olaraq, yeni iş yerlərinin açılması da təmin edilmiş olar. Bu zaman ekologiyanın qorunmasının vacibliyi məsələsi də Prezident tərəfindən xüsusi vurğulandı.

Beləliklə, ölkə Prezidenti məmurların yeni dövrün, yeni reallıqların tələblərinə, müvafiq olaraq, yeni inkişaf prioritetlərimizə uyğun səmərəli fəaliyyət göstərmələri üçün növbəti çağırış və xəbərdarlıq etdi. Vətən müharibəsində tarixi zəfərimizdən sonra xüsusilə böyük inkişaf potensialımız və perspektivlərimiz yaranmışdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem qalmasın, heç bir ədalətsizlik olmasın.













Hal-hazırda Salyan Pivə Zavodu Azərbaycanda keyfiyyətli pivə istehsalçısıdır və ən yeni avadanlıqlarla təchiz olunmuş, 21-ci əsrin müasir zavoduna çevrilə bilib. Amma bu mərhələyə qədər Salyan Pivə Zavodu uzun yol keçməli olub və buna görə də zəngin tarixə malikdir.

Salyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdır. Fəaliyyət müddəti ərzində zavod böyük nailiyyətlər əldə etməyə müvəffəq olmuşdur ki, bu da bu gün rəhbərliyi daha böyük inkişafa və yüksək keyfiyyətli, dünya standartlarına cavab verən pivə istehsal etməyə ruhlandırır. Salyan Pivə Zavodu 1966 - cı ildə fəaliyyətə başlamış və uzun və çətin təşəkkül yolu keçmiş, 2016-cı ildə zavodun yenidən qurulmasından və yeni müasir avadanlıqların alınmasından sonra pivə istehsalını yeni zövqlə və ən yaxşı keyfiyyətlə davam etdirmişdir. Bu gün Salyan Pivə Zavodunun bir çox ölkələrdə tərəfdaşları var, bu siyahıya həmçinin Belçika, Çexiya, Ukrayna, Almaniya, İtaliya, Baltikyanı ölkələr və başqaları daxildir. Yüksək keyfiyyətli pivə bişirmək üçün biz xaricdən aldığımız ən keyfiyyətli inqrediyentlərdən istifadə edirik. Zavodumuzda hər hansı bir kimyəvi qatqı olmadan istənilən növ pivə hazırlanır. Bizdə pivə istehsalı ilə həm də alman və İtalyan mütəxəssislərinin yanında təlim keçmiş yüksəkixtisaslı kadrlar məşğul olur.

Zavod 1966-cı ildə “Azərittifaq”-ın daxilində postsovet dövründə yaradılıb. Holdinqin daxilində bütün istehsal olunan məhsulların satıldığı mağazalar şəbəkəsi var idi. Zavodun ilk adı Salyan Pivə və Alkoqolsuz İçki Zavodu idi. Zavodun əsas fəaliyyəti müxtəlif növ pivə və limonadların istehsalından ibarət idi. Azərbaycanda cəmi 4 belə zavod var idi.

Zavod 1989-cu ildən Akif Məmmədyarovun rəhbərliyi ilə fəaliyyətini davam etdirimişdir. Bu zavodun təşəkkülündə və inkişafında Akif Məmmədyarov böyük rol oynamışdır. İstefa verəndən sonra ona yaxşı işçi kimi zavoda rəhbərlik etməyi təklif etdilər və o, o vaxt hələ çox kiçik olan və mövsümi fəaliyyət göstərən zavodu seçdi. Akif Məmmədyarov zavoda rəhbərlik edəndən sonra nizam-intizam yaradıldı, mərkəzdən yeni avadanlıqlar alındı. O, istehsal olunan məhsulun keyfiyyətini və satışını artırmağa müvəffəq oldu.

1991-ci ildə SSRİ dağılandan sonra zavod ağır günlər yaşamağa başladı. Bu inqrediyentlərin Moskvadan göndərilməsi ilə bağlı idi. Zavod az qala müflisləşmənin astanasında idi. Lakin bütün sənayeni dirçəldərək yerli sahibkarlar üçün yeni sərhədlər açan ümummilli liderimiz Heydər Əliyev gələndən sonra zavod fəaliyyətini davam etdirdi və yeni tərəfdaşlar əldə etməyə nail oldu.

2008-ci ildən zavoda Akif Məmmədyarovun oğlu Elmar Məmmədyarov rəhbərlik etməyə başlayıb. Elmar Məmmədyarov bu gün də zavodun direktorudur. Onun rəhbərliyi altında zavod yeni fəaliyyət dövrünə qədəm qoyub. Elmar Məmmədyarov zavodun yenidən qurulmasını həyata keçirib. Bu gün onun rəhbərliyi altında xaricdən gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunmuş müasir zavod fəaliyyət göstərir. Yeni zavod 2016-cı ilin yanvar ayından fəaliyyətə başlayıb.

Salyan Pivə Zavodu Belçika, Çexiya, Almaniya və digər ölkələrdən gətirilmiş ən yaxşı inqrediyentlərdən yüksək keyfiyyətli pivə istehsal edir. Bizim pivə ən innovativ metodlarla hazırlanır. 2016-cı ildə yenidən qurulduqdan sonra zavoda Almaniya, İtaliya və Baltikyanı ölkələrdən pivə istehsalı üçün ən yeni avadanlıqlar gətirilmişdir. Əməkdaşlarımızın təlim keçməsi üçün alman və italyan firmaları ilə ikiillik müqavilə bağlanmışdır. Bunun nəticəsi olaraq, peşəkar kollektivimiz indi öz işinə daha böyük sevgi ilə yanaşır. Keyfiyyət, dad və peşəkarlıq bizim həmişə riayət etdiyimiz əsas iş prinsipimizdir. Amma biz inkişaf etməkdə davam edirik və müştərilərimizin həmişə bizi seçməsi üçün qarşımıza yeni məqsədlər qoyuruq!

Zavodumuz pivə istehsalında ən son texnologiyalardan istifadə edir. Xammal, zavodumuza onun məhz harada ən yaxşı şəkildə yetişdirilməsindən asılı olaraq daxil olur. Məsələn:
- Çürüdülmüş buğda Belçika, Çexiya, Ukraynadan
- Mayaotu Almaniyadan gətirilir.
Əlbəttə ki, zavoda Almaniyadan və Baltikyanı ölkələrdən gətirilmiş müasir avadanlıqlarımızı da xüsusilə vurğulamaq lazımdır. Bu avadanlıqlar bütün dünya standartlarına uyğundur və yerinə yetirilən işin keyfiyyətini və məhsuldarlığını artırır.


Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağının qurbanı olub - VİDEO
Azərbaycanda 5 mindən çox şəxs mənzil fırıldağının qurbanı olub - VİDEO
Azərbaycan İsrailə başsağlığı verib
Azərbaycan İsrailə başsağlığı verib
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI
Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” - VİDEO
Təhlükəsizlik mütəxəssisi “Haber Global”a danışdı: “Öldürməyə motivasiya edilmiş qatildən bəhs edirik” - VİDEO
Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...
Rusiya Qarabağda NƏ HOQQA ÇIXARIR? - Hürən itin əsl sahibi Kremldir...
Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?
Ermənistan müharibəyə cəhd etsə... - NƏ ETMƏLİ?
“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...
“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...