kanal1

Elşad Abdullayevi hansı xarici qüvvələr himayə edir?

Tarix:15-08-2022, 15:44
Baxış Sayı:105 328

Elşad Abdullayevi hansı xarici qüvvələr himayə edir?


        Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasi kurs ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını, mövqelərinin daha da güclənməsini təmin edir. Təbii ki, 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü bərpa etməklə Cənubi Qafqazda yeni reallıqlar yaratması aparıcı dünya dövlətlərinin, beynəlxalq güc mərkəzlərinin ölkəmizə baxış bucağını və münasibətlərini bir qədər də dəyişdi. Artıq bütün beynəlxalq aləm bu regionda Azərbaycanın rəyi və iştirakı olmadan hər hansı bir irimiqyaslı layihəni həyata keçirməyin mümkün olmadığını bilir və qəbul edir. Üstəlik Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolu da ölkəmizin mövqelərinin daha da artmasını şərtləndirir.
        Lakin bütün bunlara rəğmən bu gün istər dünyada, istərsə də Avropada Azərbaycanın uğur və nailiyyətlərinə xor baxan, ölkəmizin günü-gündən güclənməsindən narahat olan qüvvələr də kifayət qədərdir. Başqa sözlə desək, nə qərəzli münasibət tendensiyası, nə də ikili standartlar siyasəti hələ ki, ləğv olunmayıb. Bu qüvvələr ölkəmizin nüfuzuna xələl gətirmək məqsədilə istənilən üsullara əl atır, heç bir vasitədən çəkinmirlər. Təbii ki, ən çox yayılmış belə üsullardan biri də “siyasi mühacir”lərdən istifadədir. Məlum olduğu kimi, bu məqsədlə müəyyən ölkələrin xüsusi xidmət orqanları əksər hallarda öz ölkələrində cinayət işlədərək cəzadan qaçmaq üçün xarici ölkələrə üz tutan insanları müvəqqəti himayə edir, bununmüqabilində isə onlardan öz ölkələrinə qarşı böhtan və iftira kampaniyaları aparmağı tələb edirlər.
        O cümlədən, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin sabiq rektoru Elşad Abdullayevin də hazırda yaşadığı Fransada statusu təxminən bu mövqelərdədir. Məlumdur ki, E.Abdullayev barəsində hələ bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb. Təkcə bir epizodla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2021-ci ildə verilmiş rəsmi məlumata əsasən, E.Abdullayev AR CM-nin 137.3 və 308.2 maddələri ilə 2013-cü ildə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin istintaqdan qaçıb gizləndiyinə görə, barəsində axtarış elan olunmuşdur. Digər bir mənbənin təqdim etdiyi məlumata əsasən isə Elşad Abdullayev həmçinin AR CM-nin 213.2.2, 311.3, 323.3 və 312.2 maddələri ilə də təqsirləndirilərək barəsində cinayyət işi açılıb. Amma qeyd etdiyimiz kimi, bu şəxs hazırda Fransada yaşayır və belə görünür ki, bu ölkənin müəyyən dairləri onun ölkəmizə təhvil verilməsində heç də maraqlı deyillər. Hətta E.Abdullayevin törətdiyi əməllərdən zərər çəkdiyinə görə ondan şikayətçi olan Rusiya Federasiyasının vətəndaşı Fuad Rzayevin çoxsaylı müraciətlərinə verilən cavablardan birində göstərilir ki, Elşad Abdullayevin beynəlxalq axtarışı, İnterpol-un nizamnaməsinin tələblərinə zidd olduğu əsas gətirilərək, təşkilatın baş katibliyi tərəfindən 2020-ci ildə dayandırılmışdır. Maraqlıdır, görəsən öz ölkəsində bu qədər cinayət maddəsilə ittiham olunan şəxs daha nə etməlidir ki, İnterpol onun axtarışını öz nizamnaməsinə zidd hesab etməsin?
        Amma yox, burada məsələ hansı cinayəti törətməyində deyil. Burada əsas məsələ sığındığın ölkədə mövcud olan və sənin qaçıb tərk etdiyin ölkənə qarşı “qara piar” kampaniyaları aparan qüvvələrə nə dərəcədə lazımlı ola biləcəyindədir. Elşad Abdullayev isə bu xüsusda hər kəsə lazım olmağı yaxşı bacarır. Onun elektron informasiya vasitələrində, müxtəlif sayt və şəbəkələrdə istər ölkənin ayrı-ayrı tanınmış simalarına, istərsə də ümumilikdə Azərbaycan dövlətinə qarşı etdiyi çıxışlar, həyata keçirdiyi böhtan kampaniyaları barədə hər kəs yetərincə məlumatlıdır. Əlbəttə ki, bütün bunlar yalnız müvəqqəti haldır və bir gün hər kəs kimi, E.Abdullayev də ədalət məhkəməsi qarşısında duracaq və bir vaxtlar rəhbərlik etdiyi ali təhsil müəssisəsində minlərlə insanlardan mənimsədiyi pullara görə də, törətdiyi dələduzluq, rüşvətxorluq, korrupsiya əməllərinə görə də, əgər təsdiq olunarsa xarici xüsusi xidmət orqanları ilə ölkəmizə qarşı əməkdaşlığa görə də və bütün digər əməllərinə görə də cavab verəcək və cəzasını alacaq. Lakin bu gün Elşad Abdullayevi himayə edən xarici qüvvələr bilməlidirlər ki, onların bu fəaliyyətləri Azərbaycanın nə nüfuzuna, nə də mövqelərinə xələl gətirə bilməz. İstənilən halda Azərbaycana qarşı çıxan qüvvələr hər zaman itirən tərəf olacaqlar. 

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO