kanal1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının MƏLUMATI

Tarix:18-08-2022, 16:10
Baxış Sayı:164 828

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının MƏLUMATI


Aia.az xəbər verir ki, “Yasamal” İdman Sağlamlıq Klubunun istifadəsində olan keçmiş “Məhsul” stadionu adlanan ərazi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyan edir ki, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionunun ərazisinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilib və həmin Çıxarış indi də qüvvədədir. Bildiririk ki, adı çəkilən stadionun ərazisi ilə bağlı heç bir alqı-satqı prosesləri həyata keçirilməyib. Çünki stadion və ərazisi AHİK-in mülkiyyətindədir.

Lakin təəssüf hissi ilə bildiririk ki, “Yasamal” İdman Sağlamlıq Klubunun sabiq direktoru Alik Həsənov “Məhsul” stadionuna saxta yolla öz adına mülkiyyət hüququ haqqında şəhadətnamə düzəltmişdir. Sabiq direktor özünün düzəltdiyi saxta şəhadətnamə əsasında dələduzluq edərək bir neçə sahibkarla əlaqəyə girmiş, onları aldatmış, stadionu müxtəlif məbləğlərə onlara satacağı barədə vədlər vermiş, bununla da heç bir hüquqi əsası olmayan əməllər törətmişdir.
Kütləvi informasiya vasitələrindən və bu cür məsələlərə fikir bildirmək istəyən ayrı-ayrı şəxslərdən xahiş edirik ki, yazılarında və fikirlərində sensasiya yaratmaqdan uzaq olsunlar, rəsmi məlumatlara istinad etsinlər.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi