kanal1

Röyal Sarıməmmədov: “Əsgər və zabitlərimizin yüksək döyüş ruhu, əzmkarlığı bizə qələbə qazandırdı”

Tarix:9-11-2022, 10:51
Baxış Sayı:81 266

Röyal Sarıməmmədov: “Əsgər və zabitlərimizin yüksək döyüş ruhu, əzmkarlığı bizə qələbə qazandırdı”

Bakı şəhəri, Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində (MKTB) 8 Noyabr - Zəfər günü ilə bağlı geniş tədbir keçirilir. Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edir, daha sonra çıxış edənlər xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi qətiyyətindən danışırlar. Eyni zamanda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qəhrəmanlarımızın 44 günlük müharibədə göstərdikləri şücaətlərindəsöz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirlər. Tədbirdə çıxış edəPirallahı rayon MKTB rəisi Röyal Sarıməmmədov bildirib ki, XX əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalçı Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları ilə çıxış etmiş və bir neçə ildən sonra isə açıq hərbi təcavüzə başlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1988-1993-cü illəərzində bir milyondan artıq soydaşımız daimi yaşadıqları ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından qovularaq otuz ilə yaxın müddətdə qaçqın və köçkün kimi ölkəmizin müxtəlif bölgələrində məskunlaşmışdılar. Yəni, 1992-1993-cü illərdə isə, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən sui-istifadə edən mənfur qonşumuz dədə-baba torpaqlarımızın 20 faizini işğal edə bildi.
       Röyal Sarıməmmədov çıxışı zamanı onu da qeyd edir ki, Azərbaycana qarşı həyata keçirilmiş hərbi təcavüzün aradan qaldırılması məqsədilə, BMT Təhlükəsizlik Şurası tərəfindən ayrı-ayrı vaxtlarda 822, 853, 874 və 884 saylı  qətnamələr qəbul olunsa da, həmin qətnamələr otuz ilə yaxın müddət ərzində yalnız kağız üzərində qaldı. Bir sözlə, işğalçı Ermənistanın destruktiv mövqeyinə görə ötən illər ərzində tərəflər arasında aparılan danışıqlar prosesi heç bir nəticə vermədi. Ermənilərin xalqımıza qarşı ötən əsrin sonlarında törətdikləri soyqırımlar onların azərbaycanlılara, türklərə qarşı tarixən yürütdükləri mənfur siyasətin məntiqi davamı idi. 2019-cu ildən etibarən isə, Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatları və atdıqları addımlar və s. ümumiyyətlə aparılan danışıqlar prosesini tamamilə dayandırdı. 2020-ci ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qaşı növbəti hərbi təcavüzü başladı ki, bu da İkinci Qarabağ müharibəsinin başlaması ilə nəticələndi. Yəni, 2020-ci ilin 27 sentyabrında başlanan əks hücum əməliyyatı sonda fitnəkar düşmənin öz məğlubiyyətini anlaması və 10 noyabrda kapitulyasiya aktının imzalaması ilə başa çatdı. Cəmi 44 gün davam edən Vətən müharibəsi ötən otuz il ərzində əldə olunmayan Qələbə ilə başa çatdı. Azərbaycan Ordusu 44 gündə itirilmiş torpaqlarımızı geri qaytardı. Müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşırdı. Azərbaycan Ermənistanı məğlub etdi və otuz illik işğala son qoydu.
    Danılmaz həqiqətdir ki, müharibənin davam etdiyi vaxtlarda Prezident İlham Əliyevin söylədiyi nitqlər, ayrı-ayrı televiziya kanallarına verdiyi müsahibələr və s. öz emosionallığı ilə hər kəsin diqqətini cəlb edirdi.  Həmin vaxtlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir, sanki xalqın hafizəsinə əbədi həkk olunur, dilləəzbərinə çevrilirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə ümid verən çıxışları insanları itkilər qarşısında sarsılmamağa, əksinə qürurla durmağa ruhlandırırdıÖlkə rəhbərinin düşmən tərəfə ünvanladığı mesajlar, məhz bu gün də hər kəsin dilində dillər əzbərinə çevrilib. İnsanlar müharibə dövründə möhtərəm Prezidentin simasında ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməövladını görürdülər və cənab Prezidentin müharibə ilə bağlı söylədiyi nitqlər, etdiyi çıxışlar bütüölkə əhalisi tərəfindən lazımınca dəyərləndirilirdi. Bir sözlə, bu müharibənin hər günü şanlı bir tarix oldu və hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad olundu. Vətən müharibəsində Azərbaycan əsgəri, Azərbaycan zabiti yalnız bir amalla vuruşurdu, o da baş vermiş işğala, haqsızlığa son qoymaq idi ki, ədalət zəfəçalsın. Vətən müüharibəsində əsgər və zabitlərimizin yüksək döyüş ruhu və əzmkarlığı, məhz bizə lazım olan qələbəni əldə etməyə imkan verdi.  Müharibədə yaralanan əsgər və zabitimizin yarası hər bir azərbaycanlının yarası oldu. Hər bir şəhidimiz xalqımızın unudulmaz qəhrəmanına çevrildi.  Azərbaycanın hər bir əsgər və zabiti əvəzsiz qəhrəmanlıq və şücaətlər göstərdi və Vətən uğrunda şərəflə vuruşub, məhz öz adlarını Azərbaycan tarixinə həkk etdirdilər.  Faktdır ki, bu gün Azərbaycan Qarabağa, Qarabağ Azərbaycana qovuşub və biz müdrik dövlət başçımızın müdrikliyi sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycanın şanlı Ordusu şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə və digəşəhər və rayonlarda törədilmiş soyqırım aktları zamanı həlak olan dinc, günahsız insanların qisasını döyüş meydanlarında aldı və cəmi 44 gün ərzində  işğalçı Ermənistana layiq olduğu yerini göstərdi. Bəli, bizə bu qələbəni, zəfəri yaşadan Prezident İlham Əliyev qətiyyəti, siyasi iradəsi və güclü milli Ordumuz, onun əsgər və zabitlərinin döyüş ruhu oldu. 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Zəfər, Prezident İlham Əliyevin Dəmir Yumruğu böyük xalqımızın, ulu millətimizin, bütövlükdə müstəqil Azərbaycanımızın qələbə rəmzinə çevirdi!
    
Bəli, Azərbaycan xalqı bu Qələbəni heç də asanlıqla əldə etmədi. Bu Qələbə canlarından və qanlarından keçmiş Vətən oğullarının sayəsində əldə olundu! Bu Qələbə qəlbi hər zaman, hər an Şanlı Ordumuzun yanında olan cəsur xalqımızın birliyi sayəsində əldə olundu! Bu Qələbə Azərbaycanla birgə mübarizə aparan Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində əldə olundu! Bundan sonra bütün dünya bilsin və eşitsin ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var! Qarabağ Azərbaycandır! Yaşa Azərbaycan!

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük