kanal1

Zamin İbrahimov: Dövlət Başçısının verdiyi hər bir qərar, atdığı hər bir addım əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir

Tarix:17-01-2022, 12:56
Baxış Sayı:332 358



Azərbaycanda həyata keçirilən siyasətin əsasını əhalinin sosial rifahının yüksəldilməsi amili təşkil edir, bu siyasətin mərkəzində insan amili dayanır. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin müəllifi Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur.

Bunu Astara rayon Məhkəməsinin sədri Zamin İbrahimov bildirib. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Hesablamalar göstərir ki, ötən illərdə mütəmadi olaraq Azərbaycan dövləti tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə çoxlu sosial paketlər həyata keçirilib, bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqqlarının, təqaüdlərin davamlı şəkildə artırılması, ölkədə sosial infrastruktur lahiyələrinin ən müasir standartlara cavab verən səviyyədə formalaşdırılması, şəhid ailələrinə, müharibə veteranlarına, keçmiş məcburi köçkünlərə yaşayış şəraitinin və sosial rifahının yaxşılaşdırılması üçün xüsusi tədbirlərin həyata keçirilməsi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.

Ruh yüksəkliyi ilə qeyd etməliyik ki, əvvəlki illərdə böyük məbləğdə və milyonlarla insanı əhatə edən sosial paketlər, iqtisadi islahatlar nəticəsində əldə olunan gəlirlər bilavasitə əhalinin rifahının yüksəldilməsinə yönəldilib. 2022-ci ilin əvvəlindən sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, 1,5 milyard manat vəsaitə başa gələn və 2.1 milyon insanı əhatə edən növbəti sosial paketin həyata keçirilməsi bunu bir daha təsdiq edir. Bu da ondan xəbər verir ölkəmizin iqtisadi gücünün artırılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq, abadlıq işlərinin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi ən qısa zamanda keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmalarını təmin edəcək.

2022-ci ildə də dövlətimiz tərəfindən sosial ödənişlər, sosial paketlər və islahatlar davam etdiriləcək. Əldə edilən gəlirlər vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönləndiləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yüksəlməsi bir daha Azərbaycanda vətəndaşların rifah halının yüksəldilməsinin və sosial müdafiə tədbirlərinin genişləndirilməsinin qarşıdakı illərdə də prioritet olacağını söyləməyə əsas verir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi