kanal1

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin həyata keçirdiyi Gənclər siyasəti dövlət müstəqilliyimizin qorunmasına xidmət edir”

Tarix:3-02-2022, 12:13
Baxış Sayı:138 016

Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin həyata keçirdiyi Gənclər siyasəti dövlət müstəqilliyimizin qorunmasına xidmət edir”


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 2-də Bakıda keçirilmiş Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda etdiyi çıxışında ölkə ictimaiyyətini, xüsusən də gəncləri maraqlandıran bir çox vacib məsələlər barədə önəmli açıqlamalar verdi. O cümlədən Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Azərbaycan Gəncləri Gününün bu sahədə həyata keçirilən dövlət siyasətinin effektivliyinə zəmin yaratmış əsas amillərdən biri olduğunu vurğulayan dövlət başçısı Azərbaycan gəncliyinin bugünkü fəaliyyətini də yüksək qiymətləndirib.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili Prezident İlham Əliyevin çıxışında gənclər məsələsilə bağlı bir çox məqamların geniş əhatə olunduğunu qeyd edərək bildirib ki, bu yanaşma ölkəmizdə gənclər siyasətinin əsasında Heydər Əliyev ideyalarının durduğunu bir daha təsdiq edir: “Həqiqətən də 25 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi Ümummilli Liderin növbəti siyasi uzaqgörənliyi idi. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, həmin dövrdə gənclər problemi bəlkə də hakimiyyət strukturlarında yer almış insanların böyük əksəriyyətini ən az narahat edən, düşündürən məsələlərdən biri idi. Əlbəttə, bunun da öz səbəbləri var idi. Həmin vaxt Azərbaycan çox böyük, ciddi, problemlər qarşısında dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və vasitəçilərin bu məsələni tezliklə ədalət prinsipləri əsasında həll edəcəklərinə hələ böyük ümidlər var idi. Eyni zamanda yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda həyat sürürdülər. Nizami ordusu olmayan Azərbaycan Birinci Qarabağ müharibəsində xaricdən böyük maliyyə və hərbi dəstək alan Ermənistana məğlub olmuşdu. Bütün digər sahələrdə də vəziyyət çox ağır idi. Dövlət başçımızn da öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Bütün dünyada ermənipərəst qüvvələr Azərbaycan həqiqətlərini təhrif edir, regionda baş verən prosesləri dünya ictimaiyyətinə öz maraqlarına uyğun şəkildə təqdim edirdilər. İknci bir tərəfdən də ölkə iqtisadiyyatı tənəzzül içərisində, dağıdılmış vəziyyətdə idi. Ölkənin gələcəyi böyük sual altında idi. Yalnız 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin kontraktı” imzalandıqdan sonra Azərbaycanın gələcəyə böyük ümidləri yarandı. Həmçinin 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması bu ümidləri bir qədər də artırdı. Lakin bu ümidlərin nə dərəcədə doğrulacağına dair heç bir əminlik yox idi.”

Aqiyə Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ölkə üçün son dərəcə ağır və təcili həllini gözləyən bir çox problemlərin olduğu bir dövrdə məhz gənclər məsələsinə xüsusi diqqət ayırması əlbəttə ki, gələcəyə hesablanmış mühüm strateji addım idi və bu gün Azərbaycan cəmiyyəti həmin vacib qərarın möhtəşəm nəticələrini görür: “Ölkə üçün belə bir ağır və mürəkkəb vəziyyətdə, 1996-cı il fevralın 2-də Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Bundan bir il sonra isə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Dediyimiz kimi, həmin vaxt bu qərar bir çoxları tərəfindən anlaşılmazlıqla qarşılandı. Lakin tarix özü göstərdi ki, bu addım gələcəyə sərrast hesablanmış vacib addım idi və bu gün Azərbaycan cəmiyyəti həmin müdrik qərarın möhtəşəm nəticələrinin şahididir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək uğurla həyata keçirilən gənclər siyasəti bu gün öz möhtəşəm nəticələri ilə xalqımızın rifah yüksəlişinə, dövlətimizin güclənməsinə xidmət edir. Bu gün Azərbaycan gəncliyi ölkəmizin, cəmiyyətimizin həyatında çox önəmli rol oynayır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.”

Sonda Aqiyə Naxçıvanlı dövlət başçısının milli-mənəvi dəyərlərin qorunması xüsusunda ifadə etdiyi fikirlərin vacibliyini vurğulayaraq bunları deyib: “Öz çıxışında möhtərəm Prezidentimiz tamamilə doğru olaraq belə bir bir məqamı xüsusi vurğuladı ki, azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi köklərini həmişə qoruyub-saxlayıblar, kənar təsirlərdən hifz ediblər. Azərbaycan xalqı nəsildən-nəslə əsrlər boyu milli ideologiyanı, milli xüsusiyyətləri ötürüb və özünü başqalaşmaqdan qoruyb. Bu gün dünyada müşahidə olunan və getdikcə daha çox güc yığan təhlükəli bir tendensiya ölkələrin, xalqların müstəqilliyinə, azadlıqlarına əsil təhdidə çevrilməkdədir. Bu təhdidin adı qloballaşmadır. Hətta son vaxtlar bu terminin özünü leksikondan çıxarmağa çalışsalar da məsələnin mahiyyəti dəyişmir. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Xüsusilə zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və əlverişli strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan böyük dövlətlərin daha çox diqqətini cəlb edir. Əlbəttə ki, Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşıb. Lakin Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Əlbəttə, belə cəhdlər yenə də ola bilər və onların qarşısını effektiv şəkildə ala bilmək üçün Azərbaycan gəncliyi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Bu, aktual məsələdir və öz aktuallığını heç vaxt itirməyəcək. Forumun gedişində Prezident İlham Əliyev milli-mənəvi dəyərlər məsələsinə xüsusi toxunaraq məhz bu konsepsiyanın dövlətimizin əsasında durduğunu xüsusi vurğuladı. Dövlət başçısı bir daha qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub və biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq.”

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA