kanal1

Telefonumuza gələn zəlzələ bildirişləri: Niyə təşvişə düşürük...

Tarix:25-08-2023, 11:19
Baxış Sayı:128 961

Telefonumuza gələn zəlzələ bildirişləri: Niyə təşvişə düşürük...


Avqustun 23-də Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib. Yerli vaxtla saat 01:23-də qeydə zəlzələnin maqnitudası 5-ə bərabər olub. Ocağı 13 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 4 baldan çox, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Saatlıda, Masallıda, Lənkəranda, Yardımlıda və Lerikdə hiss edilib. Zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.

Ancaq zəlzələ sosial şəbəkələrdə geniş panikaya səbəb olub. Belə ki, "Android" əməliyyat sistemi ilə işləyən smartfonlara zəlzələ barədə xəbərdarlıq gəlib və bir çox insan təşvişə düşüb. Bu, ilk belə hal deyil...

Bir neçə gün öncə smartfonlardakı xəbərdarlıq sistemi Türkmənistanda baş verən 5 bal gücündə zəlzələ ilə bağlı Azərbaycana da bildiriş göndərmişdi. Zəlzələ 200 kilometrdən uzaq məsafədə olsa da, panika yaratmışdı. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı zəlzələnin Azərbaycanla heç bir əlaqəsi olmadığını dedi.

Bəs nə etmək olar ki, insanların təşvişə düşməsinin qarşısı alınsın? Hazırkı proqramın alternativi varmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texno-bloger Fərid Pərdəşünas vurğulayıb ki, zəlzələ ilə bağlı göndərilən məlumatlarda insanlar məsafəyə baxmalıdır:

"Məsələ belədir ki, “Google” üzərində olan datalarla inteqrasiya etdiyi cihazlarla "Android"lərə bildiriş göndərir. Feyk xəbər də göndərilmir. Orada məsafə qeyd edilir. İnsanlar o məsafəyə baxmalıdır".

F.Pərdəşünas belə məlumatların yollanmasının çox faydalı olduğunu düşünür:

"Təşvişə düşməyə səbəb yoxdur. Belə məlumatlar çox yaxşıdır. Türkiyə zəlzələsində elə bir bildiriş getməmişdi. Əksinə nə qədər bildiriş gəlsə, o qədər yaxşıdır ki, insan məlumatlı olur. Hazırda bu proqramın alternativi yoxdur. Hazırda bunu ən yaxşı edə bilən “Google”dir. Alternativ ancaq yerli idarəetmə orqanlarının özlərinin sistemləri, mobil tətbiqləri ola bilər. O da hələ ki, Azərbaycanda yoxdur".

İT üzrə mütəxəssis Pərvin Əsədov vurğulayıb ki, proqram “Android” cihazlar üçün nəzərdə tutulur:

"Bu onun istehsal xüsusiyyətidir. “İphone” üçün belə bir funksionallıq yoxdur. Sadəcə bir neçə proqram var ki,  onu "Apple market"dən yükləmək lazımdır. “İphone” üçün belə proqramları yükləyərkən parametrləri elə tənzimləmək lazımdır ki, zəlzələdən sonra 1 dəqiqə, 10 saniyə əvvəl məlumat gəlsin. Bunun üçün internet parametrlərini tənzimləmək lazımdır, "location" göstərilməlidir".

Pərvin Əsədov vurğulayıb ki, proqramın göndərdiyi məlumatlara görə təşvişə düşməyə ehtiyac yoxdur:

"Bu proqram əvvəldən var və onda hər hansı yenilənmə olmayıb. Əslində, yenilənmələr gözlənilir. Episentrə daha yaxın olan yerlərdə bildiriş gəlməyi proqramın növbəti yenilənmiş formasında tətbiq olunacaq. Köhnə versiyada episentrdən uzaq bölgəyə məlumat göndərilsə də, məsafə göstərilir. Bunu da telefon istifadəçisi görür ki, episentr onun yerləşdiyi “location”dan çox aralıdır. Heç bir təşviş keçirməyə dəyməz. Bu artıq insanın özündən asılıdır. Psixoloji cəhətdən zəif olan insan onsuz da məsafədən asılı olmayaraq təşviş keçirəcək".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi