kanal1

Köçəryan: Danışıqdan imtina etdik, silahlar danışdı, bu da acı nəticə

Tarix:23-09-2023, 10:31
Baxış Sayı:100 361

Köçəryan: Danışıqdan imtina etdik, silahlar danışdı, bu da acı nəticə


Bütün bunlara səbəb Ruben Vardanyanın meydana çıxması ilə bağlıdır

“Biz danışmaq əvəzinə, silahların danışmağa başlamasına şərait yaratdıq. Çox maraqlıdır ki, nəyə görə bir çox problemlərin aylar əvvəl, Yevlaxdakı görüşdən əvvəl həll oluna biləcəyi halda baş tutdu?”

Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komitəsinin sədri Andranik Köçəryan  deyib.

 “Demək istədiyim odur ki, Araik Arutyunyanın istefasının səbəbi qeyri-müəyyən olaraq qalır. Bu kimin diktəsi ilə edilib”, - o vurğulayıb. 

Köçəryan əlavə edib ki, bu hadisələrdən  əvvəl Qarabağda böyük bir palıd ağacının altında Ruben Vardanyan kimi bir fiqur peyda oldu, sonra yox oldu: “Niyə gəldi, niyə “dövlət naziri” oldu, hansı səbəbdən getdi, heç bir rolu olmayan müəmmalı proseslərdə niyə iştirak etdi. Və sonda Yevlax görüşünə şahidlik etdik”, -Köçəryan bildirib.

Onun sözlərinə görə, bundan bir neçə ay əvvəl Bakı ilə dialoqa başlamaq proqramı da var idi. “İştirak edənlərin hamısı imtina etdi. Danışığa getmək üçün mütləq silahlar danışmalı idi? Ola bilsin ki, bununla onlar düşdükləri prosesə haqq qazandırırlar. Samvel Babayan danışıqlar üçün proqram təklif etdi. Oradakı 15 bənddın  13-nə Azərbaycan tərəfi razılıq vermişdi. Bildiyim qədər Babayn indi həmin təklifləri dərc etməyə hazırlaşır. 

Son hadisələrə səbəb danışmaq əvəzinə silahların danışmağa başlamasına şərait yaratmağımız oldu. Bütün bunlara səbəbinin kökündə isə Araik Arutyunyanın getməsi və Ruben Vardanyanın meydana çıxması ilə bağlıdır”, -  Köçəryan deyib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi