kanal1

Ərdoğanın açıqlaması Qərbi silkələri - Avropadan reaksiya

Tarix:7-11-2023, 13:39
Baxış Sayı:101 710

Ərdoğanın açıqlaması Qərbi silkələri - Avropadan reaksiya


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail-Fələstin müharibəsi ilə bağlı Qərbə səslənərək “bir daha səlib yürüşünü istəyirsizmi?” çağırışı ciddi əks-reaksiyaya səbəb olub.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borelin sözlərinə görə, İsrail-Fələstin münaqişəsi İsrail-ərəb münaqişəsindən sivilizasiyalar müharibəsinə çevrilir və bunun qarşısını almaq üçün hər şey edilməlidir.

Borel Qərb ölkələri daxil olmaqla heç kimin ötən illər ərzində İsrail-Fələstin məsələsinin həlli  istiqamətində heç nə etmədiyini dilə gətirib.  Avropalı diplomat əlavə edib ki, ərəb ölkələri ilə İsrail arasında son illərdə əldə edilən razılaşmaların ölkəyə sülh və sabitlik gətirəcəyinə gəzlənilsə də, lakin bu olmadı.

“Hətta Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan oktyabrın 7-dən əvvəl dedi ki, region onilliklər ərzində bu qədər sakit olmayıb. Biz bu cür korluğu necə izah edə bilərik? Bu ziddiyyətləri necə şərh edə bilərik? İsrail-Fələstin münaqişəsi artıq İsrail-ərəb  münaqişəsi deyil və bu, dönüş nöqtəsidir. İndi baş verənlər dinlər və ya sivilizasiyalar savaşıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini dinləyirdim. O, çıxış edərkən Qərbə çağırış edib “Hilal (aypara) döyüşü və səlib yürüşünü bir daha istəyirsinizmi?” Bunlar çox ciddi bəyanatlardır. Biz bu münaqişənin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - Borel qeyd edib.

İsrailin özünü müdafiə etmək hüququnu təkrarlayan Borel bunun beynəlxalq hüquq çərçivəsində edilməli və mülki vətəndaşların müdafiəsi lazım olduğunu bir daha vurğulayıb. 

“İnsan dəyəri nəzərə alınmasa, vəziyyət nəticədə əks-effekt verə bilər”, - Borrell bildirib.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda