kanal1

Müharibə və sanksiyaların təsiri: Dünyanın iqtisadi xəritəsi dəyişir

Tarix:25-02-2022, 09:49
Baxış Sayı:213 395

Müharibə və sanksiyaların təsiri: Dünyanın iqtisadi xəritəsi dəyişir


Dünən ABŞ Rusiyaya qarşı yeni sərt sanksiyaları, eləcə də ölkəyə ixraca məhdudiyyət tədbirlərini açıqladı. 

Belə ki, ABŞ-da Rusiya Mərkəzi Bankının və 1 trilyon dollarlıq aktivlərinin bloklanacağı, həmçinin ən böyük bankların, o cümlədən ikinci iri bankı sayılan VTB-nin mövcudluğunun dondurulacağı, daha 4 bankın bloklandığı və onların ABŞ-dakı bütün aktivlərinin dondurulacağı bildirildi. Bununla bərabər, Rusiyaya yüksək texnologiyalı idxalın yarıdan çoxunun kəsəcəyi deyildi. 

Ümumilikdə bu sanksiyaların Rusiya iqtisadiyyatına uzunmüddətli təsirləri gözlənilir.

İqtisadçı Ekspert Elman Sadıqov açıqlamasında bildirdi ki, dünya Rusiyadan bu qədər açıq təcavüzü, Rusiya da elan olunan sanksiyalar paketini gözləmirdi.  ABŞ və Britaniya öncə haqqında bircə kəlmə belə demədikləri sanksiyaları tətbiq edirlər:

"Rusiya SSRI dağılandan indiyə qədər qazandıqlarının bir hissəsini 2022-ci ildə, qalanlarını isə yaxın bir neçə ilə itirəcək. Ölkə təkcə enerji bazarından deyil, dünya iqtisadiyyatının tərkib hissəsindən qoparılacaq. Bu sanksiyalara dözəcək Rusiyanın bir müddət sonra daha çox aqrar ölkəyə çevriləcəyi gözlənilir. Bundan sonra Rusiya üçün ABŞ və Qərb qədər həm də öz oliqarxları təhlükəli olacaq".

Ekspertin sözlərinə görə, SWIFT ən son addımdır və SWIFT-in mahiyyətini bilənlər bunun səbəblərini bilir. Müharibənin nəticəsindən asılı olmayaraq Rusiyanın maliyyə-iqtisadi itkilərinin çox ağır olacağını deyən E. Sadıqov 2022-ci ilin fevral ayının dünyanın bundan sonrakı iqtisadi xəritəsinin və əlaqələrin dəyişdiyi ay kimi tarixə düşəcəyini vurğulanıb:

"Müharibənin uzanıb-uzanmamasından asılı olmayaraq nəticələrinin təsirləri uzunmüddətli olacaq. Təəssüf ki, bu hadisələrin bütün MDB dövlətlərinin iqtisadiyyatlarına birbaşa və dolayı olaraq mənfi təsirləri qaçılmaz olacaq. Dolayı təsirləri birbaşa təsirlərindən (ticarət balansı, idxal-ixrac və sair) daha böyük ola bilər. Digər MDB ölkələrinə nisbətən ölkəmizin manevr imkanları daha çoxdur", - deyə ekspert əlavə edib. 

Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır