kanal1

Türkiyəyə tətbiq edilən embarqonu Azərbaycan zərərsizləşdirdi

Tarix:30-09-2024, 11:56
Baxış Sayı:74 482

Türkiyəyə tətbiq edilən embarqonu Azərbaycan zərərsizləşdirdi


2021-ci ildən etibarən Kanada Türkiyə istehsalı olan PUA-ların oynadığı rola görə Türkiyəyə "L3Harris" şirkəti tərəfindən hazırlanmış WESCAM MX-15D EO/IR görüntüləmə sisteminin ixracına embarqo tətbiq edib. Lakin  Azərbaycanın səyi ilə bu embarqo aradan qaldırılıb.

Azərbaycan Hərbi Hava Qüvvələri TOLUN sursatının və ASELFLİR-500 Elektro-Optik sisteminin tədarükü ilə bağlı müqavilə imzaladığını açıqlayıb

Yeni sistemlərin Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan Bayraktar AKINCI PUA-larında istifadə ediləcək.

ASELFLİR-500-ün ilk ixracını Azərbaycana edən ASELSAN embarqoya cavabı idi.

ASELFLİR-500 gecə və gündüz işləmə qabiliyyəti, genişləndirilmiş interfeys inteqrasiyası və bir çox digər xüsusiyyətləri ilə əhəmiyyətli üstünlüklərə malik olmaqla Kanada istehsalı olan WESCAM MX-15D-dən geri qalmır.

Yeni sistemin 4096×2880 HD gündüz, 1280×720 HD IR və SWIR kameraları var. O, həmçinin 35 kilometrə qədər lazer hədəfi göstərmə məsafəsini təmin edir. Çəki və ayırdetmədə əhəmiyyətli təkmilləşdirmələr təklif edən bu sistem kritik əməliyyatlarda PUA-lar üçün daha yaxşı təsvir və hədəf aşkarlamasını təmin edir.

TOLUN isə hava platformalarından atılan və həm sərt, həm də yumşaq quru hədəflərinə qarşı istifadə edilə bilən bir sursat kimi diqqət çəkir.

İnteqrasiya edilmiş KKS/ANS (GPS/INS) yönləndirmə sisteminə malik olan bu sursat 139 kq ağırlığında və atıldığı hündürlükdən asılı olaraq 100 kilometr məsafəni qət edə bilir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi