kanal1

"Rusiya Moldovanı sakit buraxmayacaq, ölkəni qarışdıracaq" - Ekspert

Tarix:19-10-2024, 09:09
Baxış Sayı:62 219

"Rusiya Moldovanı sakit buraxmayacaq, ölkəni qarışdıracaq" - Ekspert


"Moldovadakı seçkilər və referendumda qərbyönümlü siyasətçilərin qələbə qazanmaq ehtimalı böyükdür. Amma bu heç də Moldovada prosesin bitməsi anlamına gəlməməlidir. Nə qədər ki, Rusiya Qərblə keçmiş müstəmləkələri uğrunda savaşı davam etdirəcək, bütün istiqamətlərdə Moskvanın "5-ci kolonu"nun ilk fürsətdəcə Qərbə inteqrasiyanın dayandırılması istiqamətində əks addımlarının da şahidi olacağıq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev bazar günü Moldovada prezident seçkiləri və referendumdan gözləntiləri şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, hazırda Moldovada hakimiyyətdə olan iqtidar partiyası ölkənin Avropaya inteqrasiyasının tərəfdarı olan siyasi qüvvələrdən ibarətdir:

"Bu mənada parlament seçkilərilə Avropaya  inteqrasiya mövzusunda referendum da təsadüfi deyil ki, eyni tarixə salınıb. Bu isə hakimiyyətin özünə əminliyin ifadəsidir. Hesab edirəm ki, seçkilər qərbyönümlü qüvvələrin qələbəsilə başa çatacaq. Həm də bununla paralel olaraq, Moldovanın Avropaya inteqrasiyasına müsbət qərar veriləcək".
 
Amma həmsöhbətimizə görə, bununla proses bitməyəcək:

"Gürcüstanda Qərblə savaşan və Ukraynada açıq şəkildə müharibə aparan və Ermənistanda Paşinyan əleyhinə olan Rusiya şübhəsiz ki, Moldovada da özünə yaxın olan qüvvələrdən istifadə etməklə referendumdan sonra ölkənin Avrointeqrasiya prosesinə əngəl olmağa və ilk ələ keçən fürsətdə referendum qərarlarını sıfırlamağa çalışacaq. Rusiya Moldovanı da sakit buraxmayacaq. Bunun açıq örnəyini Gürcüstanda gördük. Saakaşvilinin dövründə ölkənin Avrointeqrasiya istiqamətində əldə olunan yüksək nailiyyətlərin "Gürcü Arzu”sunun hakimiyyəti dövründə geriyə sayılması prosesinin şahidi oluruq. Gürcüstanın avrointeqrasiya prosesinin dondurulması, Avropa strukturları tərəfindən bu ölkəyə hərtərəfli maliyyə və təşkilati dəstəyin verilməsinin dayandırılması dediklərimizin sübutudur".

Qeyd edək ki, oktyabrın 20-də Moldovada prezident seçkiləri keçiriləcək. Onunla paralel olaraq, ölkənin Avropaya inteqrasiyası üçün referendum da keçirilməlidir. Bu keçmiş postsovet ölkəsində də seçkilər qərbyönümlülərlə rusiyayönümlülər arasında gedir. Hazırda hakimiyyətdə olan Prezident Maya Sanku hökuməti qərbyönümlüdür. Onun əsas rəqibi rusiyayönümlü keçmiş prokuror Aleksandr Stoyanoqlodur. Bir sözlə, bazar günü Moldovanın timsalında daha bir postsovet məkanında Qərblə Rusiyanın növbəti toqquşmasının şahidi ola bilərik. 

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi