kanal1

Dəməşq düşdü, Əsəd getdi: İndi Suriya və HTŞ üçün hansı ssenarilər var?

Tarix:10-12-2024, 09:17
Baxış Sayı:68 137



Bu yazı Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağara məxsusdur.
Onu Azərbaycan türkcəsində təqdim edirik.

Şamın (Dəməşq) düşməsi və Bəşər Əsədin Suriya səhnəsindən çəkilməsi ilə birlikdə yeni suallar ortaya çıxır: Heyət Təhrir əş-Şam (HTŞ) və digər müxalif qruplar bundan sonra nə edəcək? Suriyanın gələcəyində hansı ssenarilər gözlənilir?

Əsədin devrilməsindən sonra Suriyada yeni qüvvələr ortaya çıxır, lakin YPG/PKK kimi terror təşkilatları hələ də ciddi üstünlüklərə malikdir. YPG/PKK-nın mövqeyi, azlıq olaraq çoxluq üzərində hökmranlıq etdiyi Əsədin keçmiş hakimiyyətini xatırladır. İndi isə Fəratın şimal və şərqində, Suriyanın ən strateji ərazilərində bu təşkilatın gücü qorunub saxlanılır.

YPG/PKK-nın nəzarətində olan resurslar bunlardır:

• Suriyanın neft və təbii qaz yataqları.
• Ölkənin ən məhsuldar əkin sahələrinin 70%-i.
• Su ehtiyatları (bölgədə “qızıl dəyərində” olan əsas resurs).
• Əsasən ərəb xalqına məxsus torpaq və mülklər.

Bu qədər strateji resursların əlində olduğu bir vaxtda YPG/PKK, Suriyanın gələcəyi üçün təhlükə olaraq qalır. Terrorçu azlıq Arap coğrafiyasının və onun resurslarının üzərinə çökmüş vəziyyətdədir. Bu isə Suriyanın siyasi birliyinə ciddi təhdid yaradır.

Digər tərəfdən, HTŞ və onun müttəfiqlərinin əllərində heç bir mühüm strateji resurs yoxdur. Onların sadəcə ideologiyaları və mübarizə niyyətləri var. Bu vəziyyətdə sual yaranır: Əgər Suriya bölünərsə və ya siyasi birliyi pozularsa, ərəb çoxluğuna nə çıxar, terrorçu YPG/PKK-nın əlinə nə keçər?

HTŞ və müttəfiq qrupların bu sualı hesablamaqda və buna uyğun strategiya qurmaqda çətinlik çəkdiyi görünür. Əsədin süqutundan sonra onlar üçün ən böyük problem bu resursların və strateji ərazilərin nəzarət altına alınması olacaq.

Türkiyənin bu prosesdəki mövqeyi də mühüm əhəmiyyət daşıyır. YPG/PKK ilə hər hansı bir angajmana girilməsi Türkiyənin qətiyyətlə qarşı çıxacağı bir addımdır. Türkiyə, sərhədlərində terrorçu təşkilatların mövcudluğunu qəbul etməyəcəyini dəfələrlə bəyan edib və bu istiqamətdə əməliyyatlar keçirib. Buna görə də, Suriyanın yeni rəhbərliyinin Türkiyənin maraqlarını və reaksiyalarını nəzərə alması zəruridir.

Ortaya çıxan mənzərə aydındır. YPG/PKK-nın nəzarətində olan resurslar və onların strateji üstünlüyü Suriyanın gələcəyi üçün ciddi təhlükə yaradır. HTŞ və müttəfiqləri bu problemi həll etmək üçün ciddi planlar hazırlamalıdır.

Siyasi birliyin qorunması, resursların ədalətli paylanması və beynəlxalq aktorlarla, xüsusilə Türkiyə ilə əməkdaşlıq Suriyanın gələcəyi üçün ən mühüm addımlardan biri olacaq. Bu çətin dövrdə strateji qərarlar Suriyanın siyasi taleyini və ərəb xalqının rifahını müəyyən edəcəkdir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi