kanal1

Suriyanın parçalanma planı dövriyyədə: Druzlardan İsrailə çağırış

Tarix:14-12-2024, 10:53
Baxış Sayı:64 952

Suriyanın parçalanma planı dövriyyədə: Druzlardan İsrailə çağırış


Əsəd rejiminin devrilməsindən sonra bəzi qüvvələr Suriyanın parçalanma planını həyata keçirməyə çalışır. Artıq bu planın reallaşması istiqamətində ilkin addımlar atılmağa başlanılıb. Bu planı həyata keçirmək üçün YPG/PKK terror təşkilatından, ölkənin cənubunda yaşayan druzlardan və Əsədin vətəni olan Lazkiyadəki Nusayrilərdən isifadə olunması nəzərdə tutulur.

 "haber7" xəbər verir ki, Suriyanın müdafiə qüvvələrini bombardmanlarla iflic vəziyyətinə salan İsrail etnik qrupları təxribata çəkməyə can atır. "Bu məqsədlə Suriyanın cənubunda məskunlaşan  bəzi druz yaşayış məntəqləri İsrailə birləşmək istədiklərini   bildiriblər və bu məqsədlə israil ordusunu bu əraziləri ilhaq etməyə çağırıblar. Bundan əlavə, olaraq nusayrilərin hakim olduğu Latakiya və Tartusda Nusayri qiyamının infrastrukturu qurulur", - nəşr yazır.

Nəşrin yazdığına görə, nusayrilərin etirazlara başlamaq üçün ilk olaraq insanları Əsəd rejimini devirən qüvvələrin Latakiyada minlərlə ələvinin öldürüldüyü yalanı yayılır, məqsəd camaatı üsyana sövq etmək və beynəlxalq müdaxiləyə qapı açmaqdır. "Bununla yanaşı, druzlar, PKK/YPG və nusayrilər arasında ittifaq qurmaq istiqamətində addımlar atılır. Hətta bu məqsədlə Lazkiyədə yaşayan nusayrilər gizli silahlandırılır. 
Bu yolla Suriyanın şərqində olduğu kimi qərbində də Cebel Aleviyyun (Ələvi dağı) PKK/YPG-yə bənzər bir Nusayri terror təşkilatı yaratmağa çalışırlar.  Bununla da Suriya və Türkiyəni təhdid etməyi planlaşdırırlar", - nəşr yazıb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi