kanal1

Suriyanın yeni hakimiyyəti 300 minlik ordu qurur - Türkiyənin rolu

Tarix:24-12-2024, 16:00
Baxış Sayı:98 994

Suriyanın yeni hakimiyyəti 300 minlik ordu qurur - Türkiyənin rolu


Suriyada Bəşər Əsəd rejimini devirən müxalif qüvvələr rəsmən nizami ordu strukturuna keçir. 

keçid hökuməti təcili olaraq yeni ordunun qurulmasına start verib. 

Yeni ordu ilkin olaraq İdlibdəki qruplarla, mərhələli olaraq Suriya Milli Ordusu, Dera-Kuneytra xəttindəki cənub qruplarını vahid bir qurum altında birləşdiriləcək.

Yeni administrasiyanın müdafiə naziri Murhaf Əbu Kasranın başçılığı ilə Dəməşqdə keçirilən toplantıda bölgə və qrup fərqi nəzərə alınmadan bütün Suriyanın müdafiəsini öz üzərinə götürəcək ordu sxemi müxalifət komandirləri ilə paylaşıb. 

Yeni Suriya ordusunun qurulmasında Türkiyə yaxından iştirak edəcək.

Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi öyrənilib. 

Bundan əlavə, əldə edilmiş razılaşmalar tətbiq olunduqdan sonra Suriyanın 5 fərqli nöqtəsində Türkiyənin hərbi varlığı olacaq.

Suriyalı general Əhməd Osmanın sözlərinə görə, ilkin mərhələdə təcili olaraq 70-80 min nəfərlik ordu formalaşdırılması nəzərdə tutulur və mərhələli şəkildə bu sayın 300 minə çatdırılması nəzərdə tutulur:
"Dəməşqin məqsədi yaxın bir il yarım ərzində 300 min nəfərlik ordu strukturu yaratmaqdır. Daxildəki həssas vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir".

O eyni zamanda bildirib ki,  Əsəd rejiminin süqut etdiyi gün 470 min nəfərlik bir polis, ordu və kəşfiyyat qüvvəsi olub. "Yeni ordu qurularkən  rejimdə cinayətlə əlaqəsi olmayan zabitlər, kəşfiyyatçılar və sıravilərin də orduya cəlb olunması nəzərdə tutulur. Onlarla birlikdə  ordunun sayı qısa zamanda 150-200 minə çatdırılacaq. Əsədin verdiyi koordinatlarla dağıdılan hərbi infrastrukturumuzu tez bir zamanda bərpa edəcəyik. Bu nöqtədə Türkiyənin hərbi dəstəyi fövqəladə əhəmiyyət kəsb edir".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi