kanal1

Mirzoyanın nə imzalamasının fərqi yoxdur: Fakt budur ki…

Tarix:17-01-2025, 08:44
Baxış Sayı:66 313

Mirzoyanın nə imzalamasının fərqi yoxdur: Fakt budur ki…


Rəsmi İrəvan görünür artıq öz xarici siyasət vektorunu müəyyən etməkdir.

Bu sözləri ermənipərəst rusiyalı politoloq Stanislav Tarasov ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyasını yerli mediaya şərh edərkən deyib.

O bildirib ki, sənədin müddəalarında konkret olaraq nə nəzərdə tutulmasından asılı olmayaraq, Ermənistanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi faktdır və bu, yaxın gələcəkdə Ermənistanın siyasi xəttinə, eləcə də ümumilikdə Cənubi Qafqazda hökm sürən atmosferə təsir edəcək.

Rusiyalı ekspert iki halı xüsusi diqqətə çatdırıb: ABŞ-ın Ermənistana dəqiq təhlükəsizlik zəmanəti verməməsi və sənədin imzalanmasının, demək olar ki, Donald Trampın Ağ Evdə görünməsindən bir neçə gün əvvəl baş tutması.

Onun fikrincə, Tramp administrasiyası zamanı sənədin perspektivi sual altındadır - baxmayaraq ki, Nikol Paşinyan Trampın prezidentliyinin ilk dövründə Ermənistanda hakimiyyətə gəlib və Tramp tərəfindən dəstəklənib.

Tarasov xatırladıb ki, “Kölgə MKİ” hesab edilən “Stratfor” 2025-ci ildə Ermənistan üçün o qədər də əlverişli olmayan proqnoz verib və qeyd edib ki, Ermənistana ABŞ yardımı kəsilə bilər, çünki Tramp Azərbaycanla münasibətlərə üstünlük verə bilər.

O, sülh sazişinin də Konstitusiyadakı ərazi iddiaları səbəbindən çətinliklə üzləşəcəyini proqnozlaşdırıb.

Tarasov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan məqsədyönlü şəkildə Avroatlantik inteqrasiyaya doğru gedir, eyni zamanda Rusiyanı tərk edir:

“Azərbaycan isə Ermənistandan fərqli olaraq, daha balanslı siyasət aparır”.(axar.az)

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi