kanal1

ABŞ Qəzzanı götürür, fələstinlilər köçsün - Tramp

Tarix:5-02-2025, 12:39
Baxış Sayı:73 578

ABŞ Qəzzanı götürür, fələstinlilər köçsün - Tramp


ABŞ Qəzza zolağının uzun müddətə istifadəyə götürüb orada iqtisadi inkişaf imkanları yaratmağa hazırdır.

Bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib. 

"Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək. Biz orada işləri görəcəyik. Ərazini minalardan təmizləyib hamarlayacağıq və dağılmış binaları sökəcəyik. Biz iqtisadi inkişaf və region əhalisi üçün qeyri-məhdud sayda iş yerləri və mənzillər yaradacağıq", - Tramp ABŞ-nin Qəzza ilə bağlı planlarını   bölüşərkən deyib.

O eyni zamanda, qəzzalılara yeni bir və ya bir neçə Yaxın Şərq ölkəsinə köçmək imkanını da təklif edib. "Bu ölkələr Misir və İordaniyadır. Onlar Qəzzadadırlar, çünki alternativləri yoxdur. Onların nələri var? Hazırda ora böyük bir dağıntı yığınıdır", - Tramp deyib.

O, həmçinin ABŞ-nin Qəzza zolağında uzunmüddətli mülkiyyət sahibi olacağını da dilə gətirib.

“Mən uzunmüddətli sahiblik mövqeyini görürəm. Bunu Yaxın Şərqin bu ərazisinə, bəlkə də bütün Yaxın Şərqə sabitlik gətirəcək bir proses kimi görürəm”, - deyən Tramp əlavə edib ki, hər kəs bu ideyanı bəyənib.

Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu da bu ideyanı diqqətə layiq hesab edib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi