kanal1

Vens Britaniya ordusunu ələ saldı – Sərt reaksiya aldı

Tarix:5-03-2025, 08:30
Baxış Sayı:74 038

Vens Britaniya ordusunu ələ saldı – Sərt reaksiya aldı


Böyük Britaniyanın kölgə müdafiə naziri və digər deputatları ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ukrayna üçün təklif olunan ingilis-fransız sülhməramlı qüvvələrini “30 və ya 40 ildir müharibə aparmayan hansısa təsadüfi ölkədən 20 000 hərbçi” sözləri ilə dəyərləndirməsinə sərt reaksiya veriblər.

Bu barədə “Quardian” nəşri yazıb.

Bildirilib ki, Britaniya siyasətçiləri Vensin İraq və Əfqanıstanda ABŞ qüvvələri ilə yanaşı döyüşən Britaniya qoşunlarına açıq-aşkar hörmətsizlik etməsindən qəzəbləniblər.

“Britaniya və Fransa Əfqanıstana minlərlə hərbçi, o cümlədən mənim qardaşım və keçmiş və indiki bir çox parlament həmkarlarımı göndərməklə ABŞ-ın köməyinə gəldi. Belə xidmətə və fədakarlığa məhəl qoymamaq dərin hörmətsizlikdir”, - Böyük Britaniyanın kölgə müdafiə naziri Ceyms Kartlic deyib.

Baş nazir Starmerin rəsmi nümayəndəsi isə bildirib ki, bütün ölkə, Birləşmiş Ştatlar da daxil olmaqla, müttəfiqləri ilə birlikdə İraq və Əfqanıstanda xidmət edən, döyüşən və həlak olan hərbçiləri ilə fəxr edir.

Qeyd edək ki, Vens “Foks Nyus”a müsahibəsində təklif olunan mineral sövdələşmənin Birləşmiş Ştatlara Ukraynada iqtisadi maraq yaradacağı və beləliklə, 30 və ya 40 il ərzində müharibə aparmayan bəzi təsadüfi ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təhlükəsizlik zəmanəti olacağını bildirib.(Axar.az)

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi