kanal1

Makron: Rusiya təhlükəyə çevrilib, qəti qərar verməliyik

Tarix:6-03-2025, 13:30
Baxış Sayı:73 578

Makron: Rusiya təhlükəyə çevrilib, qəti qərar verməliyik


Rusiya Fransa və Avropa üçün təhlükəyə çevrildiyindən gələn həftə Parisdə bütün Avropa ölkələrinin hərbi komandirləri bir araya gələcək.

Bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.

Makron Avropanı Rusiyadan gələn təhdidlərdən qorumaq üçün Fransanın nüvə qarşısının alınması ilə bağlı avropalı müttəfiqləri ilə danışacağını bildirib. 

Avropanın təhlükəsizliyini qorumaq üçün qərar nöqtəsinə gəldiklərini bildirən Makron deyib ki, Avropanın gələcəyi Vaşinqtonda və ya Moskvada həll olunmur:  “Bu məqsədlə martın 6-da 27 dövlət və hökumət başçısını bir araya gətirəcək Aİ Şurasının fövqəladə iclasında qətiyyətli addım atacağıq”.

O əlavə edib ki, Fransa və müttəfiqləri Avropa ərazisində müdafiəni gücləndirmək və birgə silah istehsal etmək üçün çalışırlar. “Avropa ölkələri daha çox özünümüdafiəyə və xarici dünyadan asılılığı azaltmağa hazır olmalıdır.

Rusiyanın təhdidlərindən sonra Fransa yeni çağırışların öhdəsindən gəlmək üçün hərbi büdcəni ikiqat artırır”, - Makron bildirib.

Makron eyni zamanda bundan sonra da ABŞ-nin  Avropanın təhlükəsizlik məsələlərində onların yanında olacağına ümidvar olduğunu bildirib.

“Mən ABŞ-nin Ukrayna və bizim tərəfimizdə dayanacağına inanmaq istəyirəm, lakin bunun belə olmayacağına da hazır olmalıyıq”, - Makron vurğulayıb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi