kanal1

Dünyanın bu böyük şəhərləri yavaş-yavaş okeana batır

Tarix:12-03-2025, 16:00
Baxış Sayı:76 738

Dünyanın bu böyük şəhərləri yavaş-yavaş okeana batır


İqlim dəyişikliyinin qorxulu təsirləri artıq inkar edilə bilməz səviyyədədir. 

 NASA-nın proqnozlarına görə, dəniz səviyyəsinin artması İsgəndəriyyə, Cakarta və Mayami kimi şəhərləri udmaq təhlükəsi yaradır.

İqlim dəyişikliyi yalnız Antarktidadakı buz örtüklərinin əriməsinə səbəb olmur, eyni zamanda dünyanın müxtəlif yerlərində ciddi problemlərə yol açır. Bunun ən dramatik nəticələrindən biri isə böyük şəhərlərin okeana batma riski ilə üzləşməsidir. Bu, ifrat bir iddia kimi görünsə də, mövcud elmi dəlillər vəziyyətin getdikcə daha da ciddiləşdiyini göstərir.

NASA-nın hesablamalarına əsasən, qarşıdakı yüz il ərzində dəniz səviyyəsi 1-2 metr arta bilər. İlk baxışda bu rəqəmlər kiçik görünsə də, dünya şəhərlərinin əksəriyyətinin dəniz səviyyəsinə yaxın yerləşməsi səbəbindən cəmi 1 metrlik artım belə ciddi fəsadlara yol aça bilər. Bu təhlükə ilə üzləşən ən diqqətçəkən şəhərlərdən biri Misirin İsgəndəriyyə şəhəridir.

Akdeniz sahilində yerləşən və 5,7 milyon əhalisi olan Misirin ikinci ən böyük şəhəri İsgəndəriyyənin 2050-ci ilə qədər yarısının su altında qala biləcəyi proqnozlaşdırılır. Nil deltası boyunca suyun səviyyəsi artdıqca, həm tarixi abidələr, həm də məskunlaşmış ərazilər yox olmaq təhlükəsi ilə üzləşir.

İndoneziyanın paytaxtı Cakarta isə hər il 17 santimetr sürətlə suya batır. Şəhərin bataqlıq bir ərazidə salınması və içindən 13 çayın keçməsi bu prosesi daha da sürətləndirir. Üstəlik, Cakarta aktiv zəlzələ zonaları ilə əhatə olunub. Bu problemləri həll etmək üçün İndoneziya hökuməti 2045-ci ilə qədər Cakartanın yerinə yeni bir paytaxt inşa etməyi planlaşdırır.

ABŞ-ın Mayami şəhəri də eyni təhlükə ilə üzləşir. Mayami-Deid bölgəsinin yarısından çoxu dəniz səviyyəsindən cəmi 2 metr yüksəklikdə yerləşir. Əgər proqnozlar doğru çıxarsa, şəhərin 60%-i 2060-cı ilə qədər su altında qala bilər.

Eyni risklər Banqkok, Dəkkə, Laqos, Yanqon, Kalkutta, Manila və Quanqdonq-Honq Konq-Makao meqapolisi üçün də keçərlidir. Bu faktlar bir daha göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə həyati əhəmiyyət daşıyır.(Qaynarinfo)

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək