kanal1

Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO

Tarix:12-05-2025, 11:05
Baxış Sayı:47 242

Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO


Avropa liderlərinin Kiyev səfəri öncəsi qeydə alınan görüntülərdə Makronun ağ maddəni, Merzin isə çubuq kimi cihazı gizlətməyə çalışdığı deyilir. Bu, kokain iddialarını gündəmə gətirib və məsələ getdikcə daha ciddi hal almaqdadır. 

 Almaniya, Fransa, Böyük Britaniya və Polşa liderləri mayın 9-da Polşadan Ukraynaya gedən qatara toplaşıb, onlar jurnalistlərin qəfil kabinəyə daxil olması ilə panikaya düşüblər.

İki Avropa liderinin kameralar qarşısında ağ maddəyə bükülü paketi gizlətməsi ciddi müzakirə mövzusuna çevrilib.

Fransız mediası AFP-nin təqdim etdiyi görüntülərdə Fransa prezidenti Makron və Almaniya kansleri Merzin masa ətrafında əyləşərək əşyaları önlərində gizlətmələri diqqəti cəlb edib. 

Makronun qarşısındakı ağ cismi əlinə götürüb sıxdığı, ardınca digər ovucuna qoyduğu və daha sonra cibinə yerləşdirdiyi diqqət çəkib.

Almaniyanın baş naziri Merzin qarşısındakı sarı çubuğa bənzər cihazı iki əli ilə örtərək kamuflyaj etdiyi müəyyən edilib.

Xarici media mövzu ilə bağlı edilən qiymətləndirmələrdə Merzin gizlətdiyi alətin koka ağacının yarpaqlarından çıxarılan kokain adlı dərmanın istifadəsi üçün istifadə edilən qaşıq olduğu iddia edilir. “Snuff spoon” adlana bu alət toz halında olan narkotikləri burundan iyləmək üçün istifadə edilən kiçik metal qaşıq kimi tanınır.

Makronun gizlətdiyi salfetə bənzər əşyanın da kokain istifadəsi zamanı istifadə olunan köməkçi alət olduğu bildirilir.

Yazıçı Mats Nilsson məsələ ilə ilə bağlı yazıb: "Makron "gizli" şəkildə əzilmiş salfet və ya paketi gizlədir. Merz bu videonun keyfiyyətində, heç olmasa, kənardan, kokain hopdurmaq üçün istifadə edilən cihaz kimi görünə bilən boruya bənzəyən şeyi əlində saxlayır".

Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Kiyevə səfəri zamanı çəkilən videoda masa üzərində narkotik maddənin olması barədə iddianı təkzib edib.
Sarayın X (tviter) sosial şəbəkəsində yaydığı bəyanatda deyilir: "Avropa Birliyi əlverişsiz olanda dezinformasiya o həddə çatır ki, sadə kağız salfetlər narkotik maddə kimi görünür. Bu saxta xəbərləri Fransanın həm xaricdə, həm də ölkə daxilində düşmənləri yayır. Biz manipulyasiyaya qarşı ayıq-sayıq olmalıyıq". 

Mətbuat xidməti ayrıca salfetin fotosunu da dərc edib və fotoya "Bu salfetdir. Burnu təmizləmək üçündür" sözlərini yazıb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi